Ana Səhifə
Vakansiyalar

Gəlirlər üzrə nəzarətçi

Gəlirlər üzrə nəzarətçi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 27 may 2026

Son Tarix: 26 iyun 2026

Təsvir

"Chenot Palace Gabala” Hoteli ixtisaslı və təcrübəli “Gəlirlər üzrə nəzarətçi” vəzifəsi üzrə işçi axtarışındadır.

Şöbə: Maliyyə

Ünvan: Qəbələ

Əsas öhdəliklər

  • Maliyyə şöbəsi Menecerinin birbaşa nəzarəti ilə əldə olunan bütün gəlirlərin düzgün qeyd edilməsinin və uyğunsuzluqlar barəsində vaxtı-vaxtında məlumat verilməsinin təmin edilməsinə cavabdeh olmaq.

  • Gəlirlər üzrə Nəzarətçi gündəlik gəlir hesabatı hazırlamalı və bütün gəlirləri bankda olan nağd pul və hər gün üzrə debitor borcların dinamikası ilə uyğunlaşma aparmalı.

  • Gəlirlər üzrə Nəzarətçi bütün gəlirlərin qeyd edilməsini və gündəlik hesabat verilməsini və gəlir prosesinə aid olan bütün nəzarət prosedurlarının həyata keçirilməsini təmin etməli.

  • Bütün satış şöbələri üçün gündəlik gəliri və statistik məlumatı yoxlamaq, təsdiq etmək, yeniləmək və gündəlik gəlirlər üzrə hesabatı paylamaq.

  • Təqdim olunan bütün güzəştləri yoxlamaq və hesabatı yoxlamaq və imzalamaq üçün şöbə rəhbərlərinə ötürmək, qüvvəsini itirmiş və endirim edilmiş çekləri yoxlamaq.

  • Kredit kartı ilə həyata keçirilmiş qonaq ödənişlərinə nəzarət etmək.

  • Əvvəlki günün Gecə Auditorundan alacaqları ödənişlər sənədlərini yoxlamaq.

  • Bütün təsdiqedici sənədlərin varlığını yoxlamaq, qonaqlar tərəfindən imzalanmış folio və qüsur çeklərini, xərclərin müqavilə ilə uyğunluğunun yoxlanılması.

  • Gəlirlərin vaxtında mühasibatlıq proqramında düzgün hesablar üzrə göstərilməsini təmin etməli.

  • Ödəniləcək bütün səyahət agentlərinin komissiyon haqlarını dəqiq hesablamalı.

  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi, davranış və xarici görkəm, iş rejimi və digər

  • qaydalara əməl edilməsi Vaxtı keçmiş hesablarla əlaqəli lazımi məlumatların təqib edilməsi üçün lazımi şəxsə verildiyindən əmin olmalı, maliyyə direktoruna məlumat verməli.

  • Avans depozitlərini qeyd etmək, göndərmək və balanslaşdırmaqla nəzarət etməli

Sorğular və hesab mübahisələri müvafiq şəxs və ya Maliyyə Direktoru ilə aydınlaşdırılmalı və dərhal cavab verilməli.

Tələblər

  • Maliyyə, Mühasibat və ya İqtisadiyyat üzrə ali təhsil

  • Müvafiq sahədə 3+ il təcrübə

  • Xarici dil – Rus və İngilis

  • Opera PMS, iScala, TNG, Micros proqramlarında işləmə bacarığı

  • Hər zaman səmimi, nəzakətli və peşəkar xidmətlər göstərmək

  • İş yoldaşları və bütün digər şöbələr ilə normal iş münasibətlərini qoruyub saxlamaq

Faydalar:

  • Qonaqlama (digər bölgələrdən olduğu halda)

  • Qidalanma (işçi yeməkxanasında)

  • Servis xidməti.

Maraqlanan namizədlər CVlərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18563

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə