Forma 2 və texniki hesabatlar üzrə mühəndis
Bakı
Tam Ştat
Orta Səviyyə
1.500 - 2.000 AZN
Yerləşdirilib 26 may 2026
Son Tarix: 1 iyul 2026
Təsvir
ş yeri: Bakı şəhəri, Böyükşor
İş qrafiki: həftənin 5 günü 09:00-18:00
Təminatlar: nahar
Əmək haqqı: Razılaşma əsasında
Vəzifə öhdəlikləri
Forma-2 üzrə hesabatların, obyektlər və iş növləri üzrə yığım cədvəlinin hazırlanması və digər texniki sənədlərin doğruluğunu yoxlamaq;
Tikinti norma və qaydalarında sərfiyyat normaları nəzərdə tutulmayan yeni tikinti materiallarının sərfiyyat normalarını smetaçı mühəndislər ilə birlikdə hazırlamaq;
Görülmüş və icrası təhvil alınmış tikinti-quraşdırma işləri barədə rəhbərinə hesabat hazırlamaq;
Rəhbərlliyin digər əmr və göstərişlərini yerinə yetirmək;
Daxili nizam-intizam qaydalarına, sənaye gigiyenası normalarına, əmək mühafizəsinin qayda və normalarına, yangın əleyhinə təhlükəsizlik tələblərinə riayət edir;
İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl edir.
Faktiki yerinə yetirilən işlərin smeta sənədləri ilə müqayisə və təhlil etmək
Smeta sənədlərin hazırlanması üçün ümumi tikinti işlərin həcmlərinin təhlili və hesablanması.
Əmək və icra intizamına, əməyin mühafizəsinin qayda və normalarına, istehsalatda sanitariya və gigiyena tələbələrinə, yanğın təhlükəsizləyinə riayət etmək.
Tələblər
Təhsil : Ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Yaş : 28 - 55
Cins : Kişi
Namizədə tələblər
Ali təhsil (bakalavr);
Tikintinin texnologiyası və inşaat materialları biliyinin olması;
Ən azı 3 il iş təcrübəsi;
Azərbaycan dilini yüksək səviyyədə bilmək;
AutoCAD, Word, Excel proqramlarını sərbəst istifadə etmək bacarığı;
Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
Analitik təhlil, operativlik və gördüyü işə cavabdehlik;
Verilən tapşırıqların düzgün yerinə yetirilməsi;
Ünsiyyət qurma və komandada işləmək bacarığı;
Necə Müraciət Etmək Olar
Aqualink MMC
Manufacturing
Aqualink MMC Azərbaycanda fəaliyyət göstərən və əsasən su texnologiyaları, hovuz sistemləri və mühəndislik həlləri sahəsində ixtisaslaşmış şirkətdir. Şirkət hovuzların layihələndirilməsi və qurulması, su təmizləmə sistemləri, filtrasiya avadanlıqları və müxtəlif texniki həllərin təqdim olunması ilə məşğuldur. Aqualink həm fərdi, həm də kommersiya layihələri üçün müasir və funksional sistemlər təqdim edir. Şirkət fəaliyyətində keyfiyyət, innovasiya və müştəri məmnuniyyəti prinsiplərini əsas tutur. Aqualink MMC beynəlxalq standartlara uyğun avadanlıqlardan istifadə edərək enerji effektivliyi və uzunömürlü texniki həllərə fokuslanır. Şirkət eyni zamanda satış sonrası texniki dəstək və servis xidmətləri ilə müştərilərinə etibarlı əməkdaşlıq təcrübəsi təqdim etməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17582
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
11-50