Filial Rəhbəri (Şəmkir rayonu)
Tam Ştat
Orta Səviyyə
2.000 AZN-dən
Yerləşdirilib 31 mart 2026
Son Tarix: 30 aprel 2026
Təsvir
Şəmkir filialının bütün əməliyyat, satış və kommersiya fəaliyyətinə rəhbərlik edərək, şirkətin bazar payını artırmaq və davamlı inkişafı təmin etmək.
İş yeri: Şəmkir rayonu
İş qrafiki: Tam ştat
Əsas vəzifələr:
Filialın ümumi idarə olunması və strateji planlamanın həyata keçirilməsi
Satış hədəflərinin formalaşdırılması və icrasına nəzarət
Regional bazarın inkişafı və yeni müştərilərin cəlb olunması
Komandanın qurulması, inkişafı və performansının idarə edilməsi
Anbar, logistika və məhsul dövriyyəsinə tam nəzarət
Maliyyə nəticələrinin (gəlir, xərc, marja) izlənməsi və optimallaşdırılması
Yerli bazarın təhlili və rəqiblərlə müqayisəli strategiyanın qurulması
Rəhbərliyə müntəzəm analitik hesabatların təqdim olunması
Tələblər
Qida sektorunda ciddi iş təcrübəsi mütləqdir
Rəhbər vəzifədə minimum 3-5 il iş təcrübəsi
Satış və distribusiya sahəsində güclü bilik və praktiki təcrübə
Bölgə idarəetməsi və bazar inkişafı üzrə təcrübə
Güclü liderlik, komanda quruculuğu və motivasiya bacarıqları
Analitik düşüncə və nəticəyönümlü qərarvermə qabiliyyəti
Şəmkir və ətraf region bazarını yaxşı tanımaq üstünlükdür
Şəxsi keyfiyyətlər:
Yüksək məsuliyyət və təşəbbüskarlıq
Nəticəyə fokuslanma və biznes yanaşması
Güclü ünsiyyət və danışıqlar aparma bacarığı
Stress altında effektiv işləmə bacarığı
Təklif edirik:
Əmək haqqı: 2000 – 3000 AZN
Geniş səlahiyyət və qərarvermə imkanları
Uzunmüddətli karyera və inkişaf perspektivi
Dinamik və böyüyən şirkətdə rəhbər mövqe
CV-nizi mövzu hissəsində “Şəmkir – Filial Rəhbəri” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərin.
Necə Müraciət Etmək Olar
ERTagro
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12244
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə