Ana Səhifə
Vakansiyalar
Nəqliyyat və Logistika
Anbardar

Fəhlə (Yük Avtomobilləri üzrə Ehtiyat Hissələri Anbarı)

Fəhlə (Yük Avtomobilləri üzrə Ehtiyat Hissələri Anbarı)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 18 mart 2026

Son Tarix: 17 aprel 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Ehtiyat hissələrinin anbara qəbulunda və yerləşdirilməsində iştirak etmək

  • Malların yüklənməsi və boşaldılması işlərini yerinə yetirmək

  • Anbar daxilində ehtiyat hissələrinin səliqəli və düzgün yerləşdirilməsinə kömək etmək

  • Anbar əməkdaşlarının tapşırıqlarını yerinə yetirmək

  • İş yerində təhlükəsizlik və nizam-intizam qaydalarına riayət etmək

Tələblər

  • Fiziki cəhətdən sağlam və məsuliyyətli olmaq

  • Komandada işləmək bacarığı

  • Anbar və ya logistika sahəsində təcrübə üstünlükdür

İş rejimi və əmək haqqı:

  • Əmək haqqı – müsahibə əsasında təyin olunacaqdır

  • İş qrafiki: həftə içi 5 gün

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Fəhlə” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11539

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Təmir şöbəsinin müdiri

Tam Ştat

Vəzifə öhdəlikləri: Şöbənin fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ümumi fəaliyyətə rəhbərlik etmək Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri təsdiq etmək Rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, həmçinin normativ hüquqi aktların tələblərinin vaxtında və peşəkar şəkildə icrasını təmin etmək Avtomobillərin diaqnostikası, təmiri və texniki xidmət prosesinə ümumi nəzarət etmək Tamamlanmış təmir işlərinin effektivliyini və keyfiyyətini təmin etmək, təmir qrafikinin icrasına mane olan problemlərin aradan qaldırılmasını təşkil etmək Ehtiyat hissələrinin düzgün istifadəsinə və təmir prosesində ehtiyat hissələrinə olan tələbatın planlaşdırılmasına nəzarət etmək Təmir işlərinin vaxtında və keyfiyyətli yerinə yetirilməsini təmin etmək Tapşırıqların icrasının gedişi barədə rəhbərlik üçün mütəmadi məlumatların hazırlanmasını təmin etmək Müvafiq dövrlər üzrə şöbənin fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasına rəhbərlik etmək Tabeliyində olan əməkdaşların gündəlik işini planlaşdırmaq, onların fəaliyyətinə nəzarət etmək və iş intizamını təmin etmək İş yerində texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək Təmir sahəsində iş proseslərinin optimallaşdırılması və səmərəliliyin artırılması üçün təkliflər vermək