Fəhlə (Məişət anbarı)
Tam Ştat
Orta Səviyyə
600 AZN-dən
Yerləşdirilib 15 yanvar 2026
Son Tarix: 27 fevral 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Anbara qəbul olunan yüklərin boşaldılması, çeşidlənməsi və rəflərə yerləşdirilməsi;
Göndəriləcək sifarişlər üzrə məhsulların yığımı, lazımi yerə daşınması və nəqliyyat vasitəsinə yüklənməsi;
Məhsulların daşınmasında və anbar daxilində təhlükəsizlik qaydasına riayyət olunması;
Rəhbərin tapşırığı ilə işə aid digər əməliyyatların icrası.
İş şəraiti:
İş günləri: 6 gün iş, 1 gün istirahət;
Növbəli iş qrafiki.
Tələblər
Ağır çəkili və iri qabaritli yükləri, o cümlədən məişət texnikasını qaldıra və daşıya bilməli;
Nizam-intizamlı;
Fiziki cəhətdən sağlam;
Məişət texnikalarının yüklənmə və daşınma qaydalarına riayət edilməsi;
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#4914
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+