Faktorinq üzrə operator
Tam Ştat
Orta Səviyyə
400 AZN-dən
Yerləşdirilib 13 fevral 2026
Son Tarix: 15 mart 2026
Təsvir
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Faktorinq üzrə operator vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Vəzifə öhdəlikləri:
Müraciət etmiş müştərilərin faktorinq xidmətləri barədə məlumatlandırılması
Faktorinq üzrə müraciətlərin qəbulu və müştəri məlumatlarının sistemə daxil edilməsi
Faktorinq üzrə müvafiq sənədləşmənin həyata keçirilməsi
Səlahiyyətləri çərçivəsində ünvanlanan sualların cavablandırılması
Tələblər
Azərbaycan dilini əla səviyyədə bilmək (Rus dili biliyi üstünlükdür)
21 - 30 yaş aralığında gənclər
Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
Detallara qarşı diqqətlilik
Ofis proqramları və avadanlıqları ilə işləmə
Əlavə məlumat:
Əmək haqqı: 400 AZN (net)
Necə Müraciət Etmək Olar
AQA Şirkətlər Qrupu
Other
AGA Group Azərbaycanda fəaliyyət göstərən çoxşaxəli holdinqdir və 20 ildən artıq təcrübəyə malikdir. Şirkət daşınmaz əmlak, maliyyə, texnologiya, otelçilik və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərir və müştərilərə yüksək keyfiyyətli xidmət və məhsullar təqdim etməyi əsas məqsəd olaraq müəyyən etmişdir. Qrup peşəkar yanaşma və innovativ həllərlə müxtəlif sektorlarda öz mövqeyini gücləndirir. AGA Group Azərbaycanda plaza və biznes mərkəzləri layihələrinin inkişafında, maliyyə xidmətlərinin göstərilməsində, eləcə də aqrar sahədə innovativ layihələrin həyata keçirilməsində fəaldır. Şirkət yüzlərlə yerli və beynəlxalq müştəriyə xidmət göstərərək çoxşaxəli biznes strukturu ilə uzunmüddətli inkişaf strategiyasını davam etdirir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8505
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000