Erqoterapevt
Tam Ştat
Başlanğıc Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 fevral 2026
Son Tarix: 5 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri**:**
Uşaqların inkişaf səviyyəsinin (motor, sensor, kognitiv və adaptiv bacarıqlar) ilkin və dövri qiymətləndirilməsinin aparılması
Autizm spektr pozuntusu, diqqət əskikliyi və hiperaktivlik (DEHB), inkişaf geriliyi, serebral iflic və digər inkişaf xüsusiyyətləri olan uşaqlarla fərdi iş
Sensor inteqrasiya, incə və kobud motor bacarıqları, diqqət və koordinasiyanın inkişafına yönəlmiş erqoterapiya seanslarının planlaşdırılması və icrası
Uşağın gündəlik həyat bacarıqlarının (özünəxidmət, qidalanma, geyinmə, yazı bacarıqları və s.) inkişaf etdirilməsi
Oyun əsaslı terapiya metodlarından istifadə edərək uşağın motivasiyasının və iştirakının artırılması
Fərdi inkişaf planlarının (FİP) hazırlanması, mütəmadi yenilənməsi və nəticələrin sənədləşdirilməsi
Valideynlərə ev proqramlarının hazırlanması, məşğələlər və davranış strategiyaları üzrə məsləhətlərin verilməsi
Müalicə prosesində valideynlərlə aktiv əməkdaşlıq və mütəmadi geribildirim
Loqoped, psixoloq, fizioterapevt və xüsusi pedaqoqlarla multidissiplinar komanda şəklində iş
Uşağın inkişaf dinamikasının izlənməsi və ehtiyac olduqda proqramın adaptasiyası
Peşə etikası və uşaq təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi
Tələblər**:**
Erqoterapiya və ya müvafiq sahə üzrə ali təhsil (Türkiyə təhsili üstünlükdür)
Sahə üzrə iş təcrübəsi (yeni məzunlar da müraciət edə bilər)
Uşaq inkişafı, sensor inteqrasiya və gündəlik həyat bacarıqları üzrə biliklər (arzuolunandır)
Pasiyentlərlə individual yanaşma bacarığı
Məsuliyyətli, səbirli və empatik münasibət
Komandada effektiv işləmə bacarığı
Azərbaycan dili (rus və ya ingilis dili bilikləri üstünlükdür)
Daim öyrənməyə və peşəkar inkişaf etməyə maraq
İş şəraiti:
İş qrafiki: 6 günlük iş həftəsi, Şənbə günü qısa iş günüdür;
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq;
İstirahət: Bazar günü.
Müraciət qaydası:
Göstərilən tələblərə uyğun gələn namizədlərin mövzu hissəsində “Erqoterapevt” qeyd edərək CV formalarını qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Bioloji Təbabət Klinikası
Vakansiya Təfərrüatları
Vakansiya ID
#7490
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Başlanğıc Səviyyə