Ərazi Nümayəndəsi (Bərdə)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 may 2026
Son Tarix: 3 iyun 2026
Təsvir
Ona təhkim edilmiş ərazilərdə əkinə yararlı sahələrin seçilərək fermerlərlə müqavilə bağlanmasını təmin etmək
Tabeliyində olan ərazilərə mütəmadi olaraq baxış keçirərək aqronomları məlumatlandırmaq
Əkin sahələrində daim müşahidələr apararaq zərərvericilər, xəstəliklər və alaq otları ilə mübarizədə fermerlərə yaxından dəstək olmaq
Ərazilərə baxış zamanı fermerlər tərəfindən görülmüş işlərin müqabilində, onların istəyinə uyğun və təşkilatın qaydalarını pozmamaq şərtilə mühasibatlığa həmin kartlara avansın köçürülməsi üçün sifarişlər vermək
Ərazilərdə şum, reyper, mala, səpin, kultivasiya və suvarılma işlərinin aparılmasını təşkil etmək
Pambıq əkini zamanı bütün aqrotexniki tədbirlərin keyfiyyətli aparılmasını təmin etmək
Məhsul toplanmasında verilən normaya uyğun məhsulun vaxtında məntəqəyə göndərilməsini təmin etmək
Tələblər
Sahələrin və bağların becərilməsinin qabaqcıl metodlarından məlumatlı olmalı
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
Şifahi və yazılı ünsiyyət bacarıqlarına malik olmaq
Necə Müraciət Etmək Olar
Prime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15911
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+