Ana Səhifə
Vakansiyalar

Ərazi nümayəndəsi (Ağdam)

Ərazi nümayəndəsi (Ağdam)

Manufacturing

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 aprel 2026

Son Tarix: 6 may 2026

Təsvir

  • Ona təhkim edilmiş ərazilərdə əkinəyararlı sahələri seçərək fermerlərlə müqavilələrin bağlanmasını təmin etmək;

  • Tabeliyində olan ərazilərə mütəmadi olaraq baxış keçirmək və aqronomları məlumatlandırmaq;

  • Əkin sahələrində mütəmadi müşahidələr apararaq zərərvericilər, xəstəliklər və alaq otları ilə mübarizədə fermerlərə yaxından dəstək göstərmək;

  • Ərazilərə baxış zamanı fermerlər tərəfindən görülmüş işlərə uyğun olaraq, onların müraciəti əsasında və təşkilatın müəyyən edilmiş qaydalarına riayət edilməklə mühasibatlığa müvafiq kartlara avans vəsaitinin köçürülməsi üçün sifariş vermək;

  • Ərazilərdə şum, reyker, mala, səpin, kultivasiya və suvarma işlərinin aparılmasını təşkil etmək;

  • Pambıq əkini zamanı bütün aqrotexniki tədbirlərin keyfiyyətli şəkildə həyata keçirilməsini təmin etmək;

  • Məhsul yığımı zamanı müəyyən edilmiş normaya uyğun olaraq məhsulun vaxtında məntəqəyə təhvil verilməsini təmin etmək.

Tələblər

  • Tam orta təhsil;

  • MS Office proqramları üzrə biliklər üstünlükdür;

  • Şifahi və yazılı ünsiyyət bacarıqları;

  • Sahələrin və bağların becərilməsinin qabaqcıl metodları barədə məlumatlı olmalı;

  • Məsuliyyətlilik, dürüstlük, dəqiqlik və etibarlılıq kimi müsbət keyfiyyətlərə malik olmaq.

Necə Müraciət Etmək Olar

Prime Cotton

Prime Cotton

Manufacturing

Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12999

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya