Ərazi meneceri
Bakı
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 15 aprel 2026
Son Tarix: 24 may 2026
Təsvir
“Pizza Mizza” MMC-yə *Ərazi meneceri” tələb olunur.
Pizza Mizza'nın yaranma hekayəsi yalnız bir vizyonun təzahürü deyil, həm də orijinallıq və yüksək keyfiyyət standartlarına sadiq bir mədəniyyəti yaratmaq arzusudur. Bu markanın kökündə, Azərbaycanda pizzaya olan baxışları dəyişdirərək hər kəs üçün yenilikçi və keyfiyyətli məhsullara əlçatanlığı artırmaq istəyi yatır. Bu, sadəcə bir iş təşəbbüsü deyil, həm də məhsul və xidmətlərimizlə həqiqi bir fərq yaratmaq istəyidir.
Pizza Mizza MMC ailəsi olaraq, 2-dən 4-ə qədər filialına dəstək göstərəcək, onları inkişaf etdirəcək və uzunmüddətli satış və mənfəəti maksimuma çatdırmaq üçün restoran əməliyyatlarını yaxşılaşdıracaq tam ştatlı Ərazi meneceri axtarırıq. Bu şəxs problemləri həll etməyi bacarmalı, növbələrdə işləyə bilməlidir.
Ərazi meneceri, xarici müştərilər və restoran rəhbərliyi və işçi heyəti daxil olmaqla müştərilər ilə müsbət işgüzar əlaqələr qurmaq üçün Pizza Mizza dəyərlərini və liderlik davranışlarını daim nümayiş etdirməlidir.
Ərazi meneceri, 2-4 restoranın ümumi menecerləri ilə birlikdə keyfiyyət, xidmət və təmizlik standartlarını qorumaq, qida təhlükəsizliyi standartlarına riayət etmək, yeni təşəbbüslər, yeni məhsul və yeni standartlar buraxılışlarını vaxtında həyata keçirmək üçün işləyəcək. O, həmçinin restoranların maliyyə performansının yüksək səviyyədə olmasını təmin etməlidir.
İş barədə məlumat:
-Təhkim edilmiş filiallar üzrə ən yüksək satış həcminə nail olmaq, müştəri mənmuniyyətini artırmaq, xərcləri və itkiləri maksimum azaltmaq, restoranın daimi fasiləsiz və yüksək səviyyədə fəaliyyətini və müştərilərə yüksək səviyyədə xidməti təmin etmək üçün həmin filiallara dəstək olmaq.
-Təhkim edilmiş filiallar üzrə əməliyyat standartlarına, işçi heyətinə və cədvəllərə nəzarət etmək.
-Potensial liderlərə mentorluq etmək və əvəzedicilərin yetişdirilməsini idarə etmək.
-Satış hədəflərinə çatmaq üçün təhkim edilmiş filiallara dəstək olmaq.
-Müxtəlif platformalarda yüksək müştəri məmnuniyyəti reytinqini/səviyyəsini saxlamaq.
-Davamlı təkmilləşmə üçün satış məlumatlarını və müştəri rəylərini təhlil etmək.
-Qida təhlükəsizliyi, təmizlik və əməliyyat standartlarına riayət olunmasını təmin etmək.
-Daxili və xarici audit üçün filialları hazırlamaq.
-Müntəzəm auditlər aparmaq və lazım gəldikdə düzəldici tədbirlər həyata keçirmək.
-Filialların performans göstəricilərini izləmək və təhlil etmək.
-Performansın təkmilləşdirilməsi üçün tədbirlər hazırlamaq və tətbiq etmə
-Filialların satış və marketinq fəaliyyətlərini idarə etmək və nəzarət etmək.
-Satış hədəflərinə çatmaq üçün strategiyalar hazırlamaq və həyata keçirmək
-Filial menecerləri və işçilərin inkişafını təmin etmək üçün təlimlər keçirmək və dəstək vermək.
-İşçilərin motivasiyasını və performansını artırmaq üçün tədbirlər görmək
-Filiallarda sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək.
-Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək
-Filial işçiləri ilə sıx əməkdaşlıq etmək və onlarla effektiv ünsiyyət qurmaq.
-İşçilərin inkişafı və təliminə fokuslanmaq, onların performansını artırmaq üçün tədbirlər görmək.
-Şirkətin mövcud Standart İş Prosedurlarını (SOP) və daxili qaydalarını izləmək və onların düzgün yerinə yetirilməsini təmin etmək.
-Yeni SOP-ları və şirkət qaydalarını tətbiq etmək və onların effektiv həyata keçirilməsini təmin etmək.
-SOP-ların və qaydaların icrasını nəzarət etmək və mütəmadi olaraq yenilikləri təklif etmək.
İş şəraiti:
-İş vaxtı qrafikə əsasən, 6 günlük iş rejimi.
Əmək haqqı danışıq əsasında
Təqdim olunmuş hədəflərə çatdıqda əmək haqqının 20%-i qədəri rüblük bonus
Nahar verilir
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Ərazi meneceri” yazaraq hr@pizzamizza.azelektronünvanına göndərmələri xahiş olunur.
İş haqqında
-Restoran idarəçiliyi və ya oxşar sahədə ən azı 3 il iş təcrübəsi. Sürətli xidmət restoranları (QSR) və ya kafe formatlarında təcrübə arzuolunandır.
-Güclü layihə idarəetməsi, satış bacarığının olması, işçi heyətinin idarə edilməsi və maliyyə menecmenti üzrə biliklərin oması.
-Əla ünsiyyət, liderlik və işçilərlə kommunikasiya bacarıqları olmalıdır.
Çevik, problem həlletmə bacarığı olmalıdır.
-Yüksək səviyyədə ünsiyyət və interpersonal bacarıqlar.
-Maliyyə idarəçiliyi və büdcə planlaşdırması təcrübəsi.
Necə Müraciət Etmək Olar
Pizza Mizza
Other
Pizza Mizza restoranlar şəbəkəsinin əsası 2000-ci ildə Elmar Həsənzadənin Almaniyada qazandığı peşəkar kulinariya təcrübəsinə dayanır. Almaniyada “La Roma” restoranında aşpaz köməkçisindən baş aşpaz və sahibkarlığa qədər yüksələn Elmar Həsənzadə, burada əldə etdiyi bilik və ilhamla eyni konsepti Azərbaycanda yerli brend adı altında davam etdirmək qərarına gəlir. “Pizza Mizza” nazik xəmirdə, Alman keyfiyyəti və italyan kulinariya yanaşmasını birləşdirən, yüksək keyfiyyətli Avropa məhsulları ilə hazırlanan, unikal reseptlərə əsaslanan bir brend kimi formalaşır. İlk “Pizza Mizza” filialı 6 may 2014-cü ildə Yasamal rayonunda açılmış, daha sonra Nərimanov (2015) və Sahil (2016) filialları fəaliyyətə başlamışdır. Sahil filialı uğursuz lokasiya səbəbilə bağlansa da, 2016-cı ilin dekabrında Həzi Aslanov ərazisində yeni filial istifadəyə verilmişdir. 2018-ci ildə isə şirkət inkişafın yeni mərhələsinə keçərək rebrendinq və konseptin tam yenilənməsi barədə strateji qərar qəbul etmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14115
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
51-200