Enerji, Avto, e-ticarət üzrə partnyorluq şöbəsinin E-ticarət bölməsinin rəhbəri
Bakı,, PBT2, (Port, Baku, Tower, 2),
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 30 may 2026
Təsvir
Bir Ekosistem daxilində E-ticarət istiqaməti üzrə satış və tərəfdaşlıq strategiyasının hazırlanması və icrasına rəhbərlik edəcək, gəlir artımını təmin edərək strateji əməkdaşlıqların qurulması və inkişafı vasitəsilə biznesin davamlı böyüməsi və bazar mövqeyinin gücləndirilməsinə töhfə verəcək təcrübəli rəhbər axtarırıq.
' ' +
Ali təhsil;
Azərbaycan dili əla səviyyədə, Rus və ya İngilis dili bilikləri üstünlük təşkil edir;
Bankda ekvayrinq məhsullarının satışı üzrə minimum 1 il iş təcrübəsi;
MS Office proqramları üzrə yüksək səviyyədə biliklər;
Yüksək səviyyədə ünsiyyət, təqdimat və danışıqlar bacarığı;
Güclü analitik düşüncə və problem həlletmə qabiliyyəti;
Müstəqil və komandada işləmə qabiliyyəti;
Məsuliyyətlilik və nəticəyönümlülük;
Operativlik, eyni anda bir neçə işi planlaşdırmaq, prioritetləşdirmək və paralel şəkildə idarə etmək qabiliyyəti.
' ' +
İnkişaf imkanları
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Dəstəkləyici mühit
Visa Premium əmək haqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət
Güzəştli təhsil və işçi krediti
' ' +
E-ticarət partnyorları üzrə satış və tərəfdaşlıq strategiyasının hazırlanması və icrasına rəhbərlik;
Bölmə üzrə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün proseslərin qurulması və nəzarət;
Bazar və rəqib təhlillərinin aparılması, inkişaf imkanları üzrə təkliflərin hazırlanması;
Partnyorlarla əməkdaşlıq zamanı yaranan sualların və müraciətlərin operativ şəkildə araşdırılması və həllinin təmin edilməsi;
Bazarda olan yeni strateji partnyorların cəlb edilməsinin təmin edilməsi;
Partnyorlarla münasibətləri inkişaf etdirmək və mütəmadi olaraq görüşlərin keçirilməsi;
Partnyor məmnuniyyətini artırmaq üçün xidmət səviyyəsinin davamlı olaraq təkmilləşdirilməsi və operativ həllər təklif edilməsi;
Ekosistem məhsulları və xidmətləri üzrə partnyor kampaniyalarının hazırlanması və icrasına rəhbərlik;
Bazarda yeniliklərin (trendlərin) müəyyən edilməsi və məhsula aid ideyaların verilməsi;
Partnyor portfelinin inkişaf strategiyasının hazırlanması və effektiv icrasının təmin edilməsi;
Komandanın effektiv idarə olunması və əməkdaşların inkişafının təmin edilməsi.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Necə Müraciət Etmək Olar
Kapital Bank
Finance
Kapital Bank Azərbaycanın ən böyük və ən qədim kommersiya banklarından biridir. Bankın tarixi 1874-cü ildə yaradılmış ilk əmanət kassalarına dayanır və hazırda ölkənin ən geniş filial şəbəkəsinə malik maliyyə institutlarından biri kimi fəaliyyət göstərir. Kapital Bank həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, kart, köçürmə və biznes maliyyələşməsi kimi geniş bank xidmətləri təqdim edir. Bank xüsusilə rəqəmsal bankçılıq sahəsində innovativ həlləri ilə seçilir. “Birbank” mobil tətbiqi vasitəsilə istifadəçilərə onlayn ödənişlər, kredit sifarişi, kart əməliyyatları və digər maliyyə xidmətlərini rahat şəkildə həyata keçirmək imkanı yaradır. Kapital Bank müştəriyönümlü yanaşması, texnoloji inkişaf strategiyası və geniş xidmət infrastrukturu ilə Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17034
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+