Əmlak İdarəetmə üzrə Mütəxəssis Assistenti

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 4 iyun 2026

Təsvir

Şirkətimizdə Property Specialist yanında çalışacaq assistent axtarılır. Bu vəzifədə əsas məqsəd yalnız tapşırıqları icra etmək deyil, eyni zamanda prosesləri anlamaq, idarəçilik bacarıqlarını inkişaf etdirmək və maliyyə göstəricilərinə nəzarət etməkdir.

İş yeri: Aral Group

Əsas vəzifələr:

  • İcarəçilər üzrə aylıq maliyyə hesabatlarının hazırlanması

  • İcarə sahələrinin elektrik və su sərfiyyatlarının izlənməsi və ödənişlərə nəzarət

  • Əmlak obyektləri ilə bağlı məlumatların proqram təminatına düzgün və vaxtında daxil edilməsi

  • Aylıq ümumi hesabatların hazırlanması və analiz edilməsi

  • Verilən tapşırıqların məsuliyyətlə və vaxtında icrası

  • İdarəçilik proseslərinə yaxından bələd olmaq və aktiv iştirak etmək

Tələblər

  • Mühasibatlıq üzrə ilkin biliklər (gəlir-xərc balansını anlamaq)

  • Excel və digər ofis proqramlarında işləmə bacarığı

  • Rəqəmlərlə işləməkdə diqqət və dəqiqlik

  • Analitik düşünmə qabiliyyəti

  • Nizam-intizam və məsuliyyətlilik

Biz nə təklif edirik:

  • Hesabatların hazırlanması üzrə real iş təcrübəsi

  • Praktiki mühasibatlıq biliklərinin inkişafı

  • Stabil və uzunmüddətli iş imkanı

  • Peşəkar və inkişafyönümlü iş mühiti

Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17583

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya