Əməliyyatlar üzrə nəzarətçi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 fevral 2026
Son Tarix: 14 mart 2026
Təsvir
PAŞA Property Management “Əməliyyatlar üzrə nəzarətçi" vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
CAPEX işlərinin (tikinti, təmir və texniki xidmət) planlaşdırılması və icrasının idarə olunması;
Bina və qurğuların, yolların, piyada keçidlərinin və digər infrastruktur obyektlərinin nəzarətdə saxlanılması;
Memarlar, podratçılar və təchizatçılarla koordinasiya edərək işlərin keyfiyyətli və vaxtında icrasını təmin etmək;
Təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühit qaydalarına uyğunluğun təmin edilməsi üçün mütəmadi yoxlamalar aparmaq;
Facility (istismar) komandalarına nəzarət etmək və onlara metodiki dəstək göstərmək;
CAPEX layihələrinin gedişatı, təhvil-təslim prosesləri və obyektlərin istismarı ilə bağlı hesabatlar hazırlamaq və təqdim etmək.
Tələblər
Mühəndislik, memarlıq və ya əlaqəli sahə üzrə ali təhsil (və ya ekvivalent ixtisas);
Mülki tikinti və MEP (mexaniki, elektrik və santexnika) işləmə prinsipləri barədə anlayış;
Layihə idarəetməsi və güclü təşkilati bacarıqlar;
Analitik düşünmə, problem həll etmə və düzgün qərarvermə qabiliyyəti;
Komanda ilə işləmək və məsuliyyət daşımaq bacarığı.
Necə Müraciət Etmək Olar
PASHA Property Management
Other
PAŞA Property Management (PAŞA Property Management) Azərbaycanda premium daşınmaz əmlakın idarəedilməsi sahəsində aparıcı şirkətdir. O, yaşayış binaları, villalar, biznes mərkəzləri və sərgi sahələri kimi yüksək səviyyəli obyektlərin idarə olunmasını həyata keçirir və müasir texnologiyalarla komfort, təhlükəsizlik və keyfiyyət standartlarını təmin edir. Məqsədi müştərilərə şəxsiləşdirilmiş və yüksək komfortlu xidmətlər göstərərək daşınmaz əmlakın dəyərini artırmaqdır. Şirkət müxtəlif prestijli layihələrin — “Port Baku Residence”, “Knightsbridge Residence”, “Baku Palace”, “Parkview Apartments” və “Baku City Villas” kimi Bakının nüfuzlu yaşayış və kommersiya əmlaklarının idarə edilməsində iştirak edir. PAŞA Property Management həm yerli, həm də beynəlxalq müştərilərə uyğun həllər təklif edir və daşınmaz əmlak sahəsində etibarlı tərəfdaş kimi fəaliyyət göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7381
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000