Əməliyyat Koordinatoru
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 fevral 2026
Son Tarix: 17 mart 2026
Təsvir
Namizədə dair tələblər:
Ali (bakalavr və magistr) təhsilini yüksək nəticələrlə bitirən, istedadlı, təşəbbüskar, yüksək məntiqi və analiz qabiliyyətinin olması
Logistika istiqaməti üzrə 3 ildən az olmayaraq iş təcrübəsi;
İşdə dəqiqlik , detallara fikir vermə qabiliyyətinə, beynəlxalq əlaqələr, coğrafiya, iqtisadiyyat sahəsində biliyə malik olması, ünsiyyət qurma qabiliyyətinə sahib olması;
Konteyner, dəmir yolu və quru yolu daşımaları üzrə təcrübəli və geniş məlumatlı olmalı;
Analitik və məntiqi düşüncə;
Logistik planlama və təşkilatçılıq bacarığı;
Kompüter proqramları: MS Office
Azərbaycan, rus və ingilis dillərini səlis bilməsi.
Vəzifə öhdəlikləri:
Yüklərin bütün nəqliyyat növləri (hava, dəniz, avtomobil və dəmir yolu daşımaları) vasitəsilə daşınmasını planlaşdırmaq, koordinasiya etmək və idarə etmək.
İdxal və ixrac üzrə gömrük rəsmiləşdirilməsini həyata keçirmək, yerli və beynəlxalq qaydalara uyğunluğu təmin etmək.
Hesab-fakturalar, qablaşdırma siyahıları, konosamentlər (Bill of Lading), hava yük sənədləri (Air Waybill) və gömrük formaları kimi bütün daşınma sənədlərini hazırlamaq, yoxlamaq və düzgün şəkildə saxlamaq.
Yüklərin hərəkətini izləmək, daşınma prosesini nəzarətdə saxlamaq və müştərilərə, eləcə də daxili komandaya vaxtında məlumat vermək.
Müştərilər, daşıyıcılar, gömrük orqanları və digər tərəflərlə effektiv ünsiyyət quraraq problemləri həll etmək və logistika əməliyyatlarının fasiləsiz icrasını təmin etmək.
Logistika proseslərini optimallaşdırmaq, daha sərfəli həllər təklif etmək və əməliyyat səmərəliliyini artırmağa dəstək vermək.
Müştərilərlə əməkdaşlıq edərək daşınma qrafiklərini planlaşdırmaq, anbar logistikasını idarə etmək və yüklərin vaxtında çatdırılmasını təmin etmək.
Daşınma üzrə qiymət təkliflərinin hazırlanmasına kömək etmək, daşıyıcılarla tarif danışıqları aparmaq və müqavilələrin idarə olunmasında iştirak etmək.
Beynəlxalq Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika sahəsində xarici əlaqələrin təşkili;
İdxal, ixrac, tranzit yüklərin konteyner, dəmir yolu və quru yolu ilə daşımasını təmin etmək, fraxt dərəcələrinin, konteyner və terminaldan istifadə şərtlərinin tam araşdırılması;
Elektron maillər vasitəsilə şirkət siyasətinə uyğun qaydada yazışmalar aparmaq;
Sifarişçi və təchizatçıdan yük barədə dəqiq məlumatların alınması, sifarişə aid müşayiətedici sənədlərin toplanması və düzgünlüyünün yoxlanılması, sənədlərin arxivləşdirilməsi;
Gəmi xətləri ilə birbaşa işləmək və onların sistemlərində sifarişləri (Booking) verə bilmək;
Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) üçün müraciətin edilməsi;
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
Sınaq müddəti- 3 ay
5 günlük iş qrafiki
İş saatı: 08:30-17:30
Əmək haqqı bilik və bacarıqlara görə təyin edilir .
Qeyd: Namizədlərdən logistika sahəsində nəzəri bilik və ya praktiki təcrübə tələb olunur.
Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Eco Logistics
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9050
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə