Ana Səhifə
Vakansiyalar

Əmək haqqının hesablanması və insan resursları əməliyyatları üzrə aparıcı mütəxəssis

Əmək haqqının hesablanması və insan resursları əməliyyatları üzrə aparıcı mütəxəssis

Tam Ştat

Orta Səviyyə

1.500 AZN-dən

Yerləşdirilib 24 dekabr 2025

Son Tarix: 16 yanvar 2026

Təsvir

İş şəraiti

  • Vəzifə (peşə) üzrə əmək haqqı: 1500 AZN

  • İş vaxtının norması: Gündəlik, həftədə 5 gün, 08:30-17:30

Tələblər

  • İş təcrübəsi: Sahə üzrə azı 3 il

  • Bilik və bacarıq tələbləri: MS Excel (Yüksək səviyyədə),

  • ahə üzrə qanunvericiliyin tələblərini bilmək (Yüksək səviyyədə)

Əmək funksiyaları:

  • İşçilərin əmək haqlarının hesablanması və ödənilməsi

  • Ezamiyyət, məzuniyyət və xəstəlik vərəqələrinə əsasən müvafiq hesablamaların təşkili və ödənişlərin sifarişi

  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasının təmin edilməsi

  • Əmək haqqına dair bütün hesablamaların aparılması və hesabatların tərtib edilməsi

  • Əmək haqqına dair bütün sorğuların cavablandırılması

  • İş vaxtının rejimi üzrə qrafiklərin Qanunvericiliyin tələblərinə uyğun effektiv formada qurulması və idarə edilməsi

  • İşdən azad olan əməkdaşların son haqq-hesab ödənişlərinin həyata keçirilməsi

  • Sosial sığorta ayırmaları üzrə hesabatların hazırlanması və təqdim olunması

  • İnsan resursları ilə bağlı analitika və vizuallaşdırma prossesində iştirak

  • Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, işçi qovluqlarının və əmək müqavilələrinin hazırlanması

  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatı

  • Məlumat bazasının mütəmadi yenilənməsi

  • Arayışların, xəstəlik vərəqələrinin, çıxarışların hazırlanması və qeydiyyatı

  • Məzuniyyət və əmək qabiliyyətinin itirilməsi üzrə müvafiq hesablamaların təşkili və sifarişi

  • Əmrlərin (qərarların) hazırlanması və onların qeydiyyatının aparılması

Müraciət qaydası: Məlumatlarınızı (CV) “Payroll” məzmun başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3523

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə