Əmək haqqı üzrə kiçik mühasib
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 dekabr 2025
Son Tarix: 18 yanvar 2026
Təsvir
Vakansiya haqqında məlumat:
Tabel əsasında işçilərə əmək haqqlarının hesablanmasın və ödənilməsinin təmin edilməsi;
Ezamiyyət, məzuniyyət, son haqq hesab və.s kimi əmək haqqına bərabər tutulan ödənişlərin hesablanmasının və ödənilməsinin təmin edilməsi;
Yeni işçilərə əmək haqqı bank kartlarının sifariş olunması;
DSMF tərəfindən ödənilən uşağın anadan olmasına, uşağa qulluq edilməsinə, əmək qabiliyətinin müvəqqəti itirilməsinə görə və.s kimi müavinatların müvafiq sənədlərinin hazırlanıb elektron hökümət portalı vasitəsilə təqdim olunması;
Hesablamaların 1C proqramına işlənilməsi;
Əmək haqqı ilə bağlı vergi, DSMF və statistik orqanlara təqdim olunan hesabatların hazırlanması
Tələblər
Ali təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
Mühasibatlıq və maliyyə üzrə ən azı 1 il iş təcrübəsi;
Maliyyə, mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi və beynəlxalq standartları üzrə məlumatlılıq;
MS Office və 1C ERP proqramlarının sərbəst istifadəsi;
Komanda işləmək bacarığı;
Çeviklik və uyğunlaşma bacarığı;
Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı.
İş şəraitinin şərtləri
İş qrafiki: 09:00-18:00;
İstirahət günü: Həftədə 2 dəfə (Şənbə və Bazar günü )
Ə/h müsahibə əsasında təyin olunur.
CV-nizi başlıqda "Əmək haqqı üzrə kiçik mühasib" qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Azerbaijan Poultry Company
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3195
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə