Ana Səhifə
Vakansiyalar

Elektrik Ustası (Su Mühəndisliyi)

Elektrik Ustası (Su Mühəndisliyi)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 aprel 2026

Son Tarix: 13 may 2026

Təsvir

İş şəraiti

  • İş yeri: Bakı şəhəri

  • İş qrafiki: Tam ştat

  • Əmək haqqı: razılaşma yolu ilə

Vəzifə öhdəlikləri:

  • Elektrik panolarının (MCC) quraşdırılması, yoxlanılması və texniki xidmətinin aparılması;

  • AC mühərriklərin, tezlik çeviricilərinin (VFD) və soft starterlərin istismarı və sazlanması;

  • Kontaktor, rele, termik rele, sığorta və açarların montajı və təmiri;

  • Kabel xətlərinin çəkilməsi, birləşdirilməsi və test olunması;

  • Torpaqlama sistemlərinin qurulması və yoxlanılması;

  • Elektrik avadanlıqlarının demontaj və montaj işlərinin həyata keçirilməsi;

  • Sınaq və istismara vermə (commissioning) prosesində iştirak;

  • Elektrik nasazlıqlarının operativ aşkarlanması və aradan qaldırılması;

  • Planlı texniki xidmət işlərinin yerinə yetirilməsi.

Tələblər

  • Orta ixtisas və ya texniki təhsil (elektrik və ya enerji sahəsi üzrə);

  • Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;

  • Elektrik sxemlərini və layihələri oxuma bacarığı;

  • MCC panolarının yığılması və hazırlanması üzrə praktiki təcrübə;

  • Alçaq gərginlik (AG) və orta gərginlik (OG) şəbəkələri üzrə nasazlıqların diaqnostikası və təmiri bacarığı;

  • Ölçü cihazları ilə işləmə bacarığı (multimetr, meqger və s.);

  • Məsuliyyətlilik, diqqətlilik və operativlik.

Aşağıdakı sahələr üzrə dərin bilik və təcrübə;

  • MCC panoları

  • AC mühərriklər

  • Tezlik çeviriciləri (VFD)

  • Soft starterlər

  • Kontaktor və rele sistemləri

  • Kabel və kabel birləşmələri

  • Torpaqlama sistemləri

Üstnlüklər:

  • Sənaye və ya su təmizləyici qurğularda iş təcrübəsi;

  • Beynəlxalq layihələrdə iştirak;

  • Elektrik təhlükəsizliyi üzrə sertifikatlar.

CV-nizi qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və xahiş olunur .

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13535

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya