Elektrik
Tərtər
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 yanvar 2026
Son Tarix: 26 fevral 2026
Təsvir
VAKANSİYA: Elektrik (Meyvə Bağı və Soyuducu Anbar üzrə)
Müasir meyvə bağımızda və istehsal sahəmizdə çalışmaq üçün təcrübəli elektrik axtarırıq.
İş yeri: Meyvə bağı, soyuducu anbar və çeşidləmə sahəsi (Tər-Tər rayonu)
İş rejimi: Tam iş günü
Vəzifə öhdəlikləri:
Meyvə bağında elektrik sistemlərinin fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək
Transformatorlara nəzarət, texniki baxış və təmir işlərinin aparılması
Elektrik açarları, çəngəl kabelləri, divardakı elektrik yuvaları və proyektorlar kimi sadə işıqlandırma qurğularını quraşdırmaq.
Elektrik mühərrikləri və paylayıcı şəbəkənin izolyasiya müqavimətini ölçmək və testlərini həyata keçirmək.
Elektrik siqnalizasiya cihazlarını quraşdırmaq və tənzimləmək.
İstehsalatda olan motorlara vizual nəzarət və ilkin vəziyyət qiymətləndirilməsinin aparılması;
Motorların sağlamlıq testi və analiz işlərinin icrası;
Üç fazalı elektrik avadanlıqları ilə işləmək və onları qoşub-ayırmaq bacarığı;
Multimetr və digər ölçü cihazları ilə peşəkar işləmək;
İstehsalat sahəsində avadanlıqların nasazlıqlarını müəyyən etmək və texniki cəhətdən aradan qaldırmaq;
Avadanlıqların elektrik sxemlərini oxumaq və təmir prosesində istifadə etmək;
İstehsalat avadanlıqlarının elektrik hissələrinin adlarını tanımaq, yoxlama və əvəzləmə bacarığına malik olmaq;
Soyuducu anbarın elektrik sistemlərinin istismarı və nasazlıqların aradan qaldırılması
Meyvə çeşidləmə avadanlıqlarının elektrik hissəsinə texniki xidmət
Yüksək gərginlikli kabellərlə işləmə və təhlükəsizlik qaydalarına tam riayət
Profilaktik baxışların aparılması və nasazlıqların vaxtında aşkar edilməsi
Tələblər
Elektrik üzrə texniki təhsil (orta ixtisas və ya ali)
Elektrik ixtisas diplomu və ya sertifikatı
Müvafiq sahə üzrə (elektrik) minimum 2 il təcrübəsi
İstehsalat və sənaye avadanlıqları ilə iş təcrübəsi (üstünlünlükdür)
Yüksək gərginlikli sistemlərlə işləmə bacarığı
Transformatorda və güc xətlərində işləmə təcrübəsi
Məsuliyyətli, diqqətli və operativ olmaq
Təhlükəsizlik qaydalarını bilməsi və tətbiq etməsi
Biz təklif edirik:
Stabil iş və uzunmüddətli əməkdaşlıq
Rəqabətədavamlı əməkhaqqı
Peşəkar mühit və müasir avadanlıqlarla iş
İnkişaf və təcrübə artırmaq imkanı
Maraqlanan namizədlərdən xahiş olunur CV-lərini aşağıdakı e-mail ünvanına göndərsinlər:
📧 vusal.meherremov@aqropat.com
📞 Əlaqə: 051 871 56 46
Necə Müraciət Etmək Olar
Aqropat MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#5100
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə