Ehtiyat hissə və servis satış məsləhətçisi

Bakı

Tam Ştat

Orta Səviyyə

900 - 1.500 AZN

Yerləşdirilib 8 dekabr 2025

Son Tarix: 12 yanvar 2026

Təsvir

Ehtiyat hissə və servis satış məsləhətçisi

Əsas vəzifələr:

  • Müştəriləri servis və ehtiyat hissələri barədə məlumatlandırmaq

  • Motosiklet, ATV, UTV və digər texnikalar üçün ehtiyat hissələrinin seçilməsində müştəriyə düzgün yönləndirmə aparmaq

  • Servis sifarişlərini qəbul etmək və sistemə daxil etmək

  • Ehtiyat hissələrinin anbar qalığı və sifarişlərini izləmək

  • Servis şöbəsi ilə koordinasiyalı şəkildə işləmək

  • Satış sonrası müştəri məmnuniyyətinin təmin olunması

  • Ehtiyat hissələrinin kataloqlar üzrə identifikasiyası və uyğunluğunun yoxlanması

  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

Tələblər

  • Orta ixtisas və ya ali təhsil (texniki sahə üstünlükdür)

  • Avto və ya motosiklet ehtiyat hissələri sahəsində təcrübə arzuolunandır

  • Servis və satış sahəsində biliklər

  • Müştəri ilə ünsiyyət və satış bacarıqları

  • Kompüter bilikləri (Excel və s.)

  • Dəqiqlik, məsuliyyət və komanda ilə işləmək bacarığı

Üstünlük veriləcək hallar:

  • Motosiklet və ya texniki nəqliyyat sahəsində təcrübə

  • Texniki kataloqlarla işləmə bacarığı

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

CFMOTO Azerbaijan

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#770

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə