Ana Səhifə
Vakansiyalar

Diaqnostika üzrə mütəxəssis

Diaqnostika üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 yanvar 2026

Son Tarix: 17 yanvar 2026

Təsvir

Anbara daxil olan qəbul-təhvil aktlarının (o cümlədən Paylayıcı Mərkəzdən (RÇ) Çeşidləmə Mərkəzinə (SÇ), PUDO-dan RÇ-yə və s. daxil olan aktların) qəbulu və çeşidlənməsinə cavabdehdir, onların skan edilməsi və onlayn giriş üçün sistemə yerləşdirilməsini təmin edir.

Qəbul-təhvil aktlarının düzgün tərtib olunmasına nəzarət edir. Məlumatları natamam və ya səhv olan sənədlər xətaların aradan qaldırılması üçün müvafiq şöbəyə geri qaytarılır.

Qaytarılma axını üzrə SLA-nın yerinə yetirilməsinə nəzarət edir; bu məsuliyyət logistika üzrə əməkdaşların səlahiyyət dairəsinə daxildir. Müddət pozuntusu aşkar edildikdə, operator gecikmələrin aradan qaldırılması üçün müvafiq logistika əməkdaşlarını məlumatlandırır.

PUDO-dan Paylayıcı Mərkəzə (RÇ) daxil olan sifariş məlumatlarının uyğunluğuna nəzarət edir. Bu vəzifəyə daxildir:

təhvil verilməsi nəzərdə tutulan və faktiki daxil olan malların sayının yoxlanılması;

uyğunsuzluqların müəyyənləşdirilməsi (məsələn, sənəddə 20 ədəd göstərilib, faktiki 10 ədəd daxil olub);

uyğunsuzluqlar barədə məlumatın səbəblərin müəyyənləşdirilməsi üçün müvafiq şöbələrə ötürülməsi.

Şöbənin fəaliyyətinə aid olan rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Tələblər

Ali təhsil;

Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;

Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);

Səlis Azərbaycan dili və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;

Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;

Nəzarət etdiyi sahələr üzrə risk analizinin aparılması.

Nəzarət etdiyi sahə üzrə baş verən uyğunsuzluqlar barədə düzəldici və önləyici tədbirlərin alınması.

Şifahi və yazılı ünsiyyət bacarığı;

Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;

Obyektiv düşünmək bacarığı

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Veb Səhifəyə Keç
Birmarket.az

Birmarket.az

Retail

Birmarket — Azərbaycanın ən böyük elektron ticarət platformalarından biridir və əvvəlcə Umico adı ilə tanınsa da 2025-ci ilin iyulundan etibarən Bir rəqəmsal ekosisteminin tərkib hissəsi olaraq Birmarket brendi altında fəaliyyət göstərir. Platforma on minlərlə məhsulu — elektronika, məişət texnikası, moda, ev əşyaları və daha çox kateqoriyanı — sərfəli qiymətlərlə təqdim edir və 2 milyon-dan çox istifadəçiyə unikal onlayn alış-veriş təcrübəsi yaradır. Birmarket müştərilərə ölkə üzrə 850-dən çox “Gəl-al” təhvil məntəqəsinə kuryer çatdırılması və 24 aya qədər hissə-hissə ödəmə kimi çevik ödəniş imkanları təklif edir. O, Birbank, m10 və MilliÖn kimi xidmətlərlə inteqrasiya olunmuş “Bir” rəqəmsal ekosisteminə daxildir, bu da alış-veriş, ödəniş və xidmətləri vahid rəqəmsal məkanda birləşdirərək istifadəçi təcrübəsini daha da zənginləşdirir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4790

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya