Dələduzluğun qarşısının alınması şöbəsinin müdiri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 30 iyun 2026
Təsvir
Bank üzrə istehlak və mikro kreditlər istiqamətində antifraud strategiyasının hazırlanması və icrasına rəhbərlik etmək;
Skorinq və qeyri-skorinq kredit məhsulları üzrə dələduzluq risklərinin idarə olunması modelini qurmaq;
Avtomatlaşdırılmış kreditləşmə proseslərində fraud nəzarət mexanizmlərini tətbiq etmək;
Yeni məhsul və proseslər üzrə antifraud rəyini vermək (Product Approval Process);
Şöbənin gündəlik fəaliyyətini təşkil etmək və prioritetləri müəyyənləşdirmək;
Dələduzluq halları üzrə araşdırmalara rəhbərlik etmək və nəticələri təsdiqləmək;
Skorinq modelləri üzrə yanlış pozitiv və yanlış neqativ göstəriciləri monitorinq etmək;
Şöbə əməkdaşlarının seçimi, inkişafı və performansının qiymətləndirilməsini həyata keçirmək;
Şöbə üzrə iş yükünü və resursları optimallaşdırmaq.
Tələblər
Ali təhsil (maliyyə, iqtisadiyyat və ya hüquq);
Bank sahəsində ümumilikdə 5 il iş təcrübəsi, müvafiq sahədə ən azı 2 il;
Kredit və əməliyyat riskləri üzrə qanunvericilik və normativ sənədlər barədə bilik;
Texniki biliklər: Oracle PL/SQL üzrə orta səviyyəli bilik; Power BI bilikləri üstünlükdür;
Bank məhsulları üzrə geniş bilik;
Analitik və məntiqi düşünmə bacarığı;
Böyük məlumat bazası ilə işləmək və təqdimatlar hazırlamaq bacarığı;
İngilis və ya rus dili – dinləyib anlamaq və sərbəst ünsiyyət qurmaq bacarığı.
Necə Müraciət Etmək Olar
Unibank Kommersiya Bankı
Finance
Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17374
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+