Dələduzluğun qarşısının alınması şöbəsinin eksperti
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 30 iyun 2026
Təsvir
Kredit məhsulları üzrə dələduzluq risklərinin aşkarlanması, araşdırılması və qarşısının alınmasında lider icraçı olaraq iştirak etmək, kök səbəbləri təhlil edib nəzarət mexanizmləri üzrə təkliflər vermək və maliyyə/reputasiya zərərinin minimuma endirilməsini təmin etmək;
Kredit müraciətləri və mövcud kredit portfeli üzrə dələduzluq indikatorlarını (red flags) formalaşdırmaq, yeniləmək və risk əsaslı prioritetləşdirmə modeli tətbiq etməklə davamlı izləmək;
Daxili sistemlərdən (CRM və kredit platforması, skorinq, loglar, ödəniş intizamı və s.) məlumatları toplayaraq strukturlaşdırılmış keyslər yaratmaq, məlumatların tamlığını/uyğunluğunu yoxlamaq və şübhəli nümunələri analitik yanaşma ilə aşkar etmək;
Skorinq proseslərində tətbiq olunan antifraud qaydalarının və nəzarət mexanizmlərinin hazırlanması və optimallaşdırılması;
Şübhəli kredit müraciətləri və verilmiş kreditlər üzrə araşdırma planını hazırlamaq, araşdırmanın həcmini və metodunu (verifikasiya, çarpaz yoxlama, əlavə mənbə ilə təsdiqləmə və s.) risk səviyyəsinə uyğun seçmək və icra etmək;
Müraciət sənədlərinin, gəlir/iş yeri məlumatlarının, əlaqə məlumatlarının, təminat/əmlak sənədlərinin yoxlanılması və çarpaz təsdiqlənməsini aparmaq, ziddiyyət və uyğunsuzluqlar üzrə əsaslandırılmış rəy formalaşdırmaq;
Skorinq və qeyri-skorinq kredit axınları üzrə dələduzluq hallarında kök səbəb analizini aparmaq;
Avtomatlaşdırılmış və hibrid model kredit proseslərində (STP, pre-approval və s.) nəzarət mexanizmlərinin gücləndirilməsi;
Kredit prosesində dələduzluq riskini azaldan nəzarət tədbirlərini (əlavə verifikasiya addımları, risk əsaslı təsdiq səviyyələri, eskalasiya qaydaları, istisnaların idarə edilməsi, limitlər və s.) hazırlamaq, əsaslandırmaq və tətbiqinə metodoloji dəstək göstərmək;
Dələduzluq halları üzrə məlumat bazasının (case register) aparılmasına nəzarət etmək, təkrarlanan indikatorlar və sxemlər üzrə trend analitikası aparmaq və mütəmadi təkmilləşdirmə təklifləri vermək.
Tələblər
Ali təhsil (maliyyə üzrə, iqtisadiyyat üzrə, riyaziyyat üzrə);
Bank sahəsində ümumilikdə 2 il iş təcrübəsi, müvafiq sahədə ən azı 1 il;
Oracle PL/SQL üzrə orta səviyyəli bilik; Power BI bilikləri üstünlükdür;
Statistik biliklər və bank məhsulları üzrə məlumatlılıq;
Məntiqi və analitik düşünmə qabiliyyəti;
Kredit riskləri üzrə qanunvericilik və normativ sənədlər barədə bilik;
Böyük məlumat bazası ilə işləmək və təqdimat hazırlamaq bacarığı;
İngilis və ya rus dili üzrə bilik arzuolunandır;
Daxili audit, nəzarət, risk (fraud), istehlak və ya mikro kredit analizi sahələrində təcrübə üstünlükdür.
Necə Müraciət Etmək Olar
Unibank Kommersiya Bankı
Finance
Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17373
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+