Dələduzluğun qarşısının alınması şöbəsinin baş mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 31 may 2026
Təsvir
Kredit müraciətləri və mövcud kredit portfeli üzrə dələduzluq indikatorlarının (red flags) müəyyən edilməsi və izlənməsi;
Daxili sistemlərdən (CRM və kredit platforması, skorinq sistemi, loglar, ödəniş intizamı və s.) məlumatların toplanması, ilkin təhlili və keyslər üzrə strukturlaşdırılması;
Şübhəli kredit müraciətləri və verilmiş kreditlər üzrə araşdırma planının hazırlanması və icrası;
Müraciət sənədlərinin, gəlir, iş yeri və əlaqə məlumatlarının, təminat və əmlak sənədlərinin yoxlanılması və çarpaz təsdiqlənməsi;
Araşdırma nəticələrinin sübut bazası əsasında sənədləşdirilməsi (protokol, arayış, ekran görüntüləri, log çıxarışları və s.);
Aşkarlanan sxem üzrə əsas səbəbin təhlili: proses boşluğu, nəzarət zəifliyi, insan faktoru, sistem məhdudiyyəti;
Dələduzluq riskini azaldan nəzarət tədbirlərinin təklif edilməsi və tətbiqinə dəstək;
Keyslərin vaxtında yekunlaşdırılması və nəticələrin təqdim edilməsi;
Skorinq sistemləri üzrə şübhəli əməliyyatların aşkarlanması və təhlili;
Kredit məhsulları üzrə risklərin aşkarlanması, araşdırılması, qarşısının alınması və nəzarət mexanizmlərinin gücləndirilməsi.
Tələblər
Ali təhsil (maliyyə üzrə, iqtisadiyyat üzrə, riyaziyyat üzrə);
Bank sahəsində ümumilikdə 2 il iş təcrübəsi, müvafiq sahədə ən azı 1 il;
Oracle PL/SQL üzrə orta səviyyəli bilik; Power BI bilikləri üstünlükdür;
Statistik biliklər və bank məhsulları üzrə məlumatlılıq;
Məntiqi və analitik düşünmə qabiliyyəti;
Kredit riskləri üzrə qanunvericilik və normativ sənədlər barədə bilik;
Böyük məlumat bazası ilə işləmək və təqdimat hazırlamaq bacarığı;
İngilis və ya rus dili üzrə bilik arzuolunandır;
Daxili audit, nəzarət, risk (fraud), istehlak və ya mikro kredit analizi sahələrində təcrübə üstünlükdür.
Necə Müraciət Etmək Olar
Unibank Kommersiya Bankı
Finance
Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17372
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+