Debitor və Kreditor Hesabatları üzrə Böyük Analitik
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 19 iyun 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Debitor borclar üzrə
İcarədarların borclarının izlənməsi və nəzarətdə saxlanılması
İcarə müqavilələri üzrə ödənişlərin vaxtında daxil olmasına nəzarət etmək
İcarələrlə bağlı hesabatları hazırlayıb aidiyyəti rəhbərliyə təqdim etmək
İcarə qaimələrinin (invoice) düzgün və vaxtında tərtib edilməsi və göndərilməsi
Dilerlərlə hər ay qarşılıqlı hesablaşmalar aparmaq və fərqləri aradan qaldırmaq
Müştərilər üzrə debitor borcların yaşlandırma (aging) analizinin aparılması
Gecikmiş borclar üzrə mütəmadi izləmə və müvafiq tədbirlərin görülməsi
Debitor borcların azaldılması üçün təkliflərin hazırlanması
Müştərilərlə maliyyə yazışmalarının və hesab üzləşmələrinin aparılması
Debitor hesabatlarının ERP sistemində düzgün əks olunmasına nəzarət etmək
Kreditor borclar üzrə
Təchizatçılarla qarşılıqlı hesablaşmaların aparılması və üzləşmə aktlarının hazırlanması
Kreditor borcların gündəlik izlənməsi və ödəniş planlarının hazırlanması
Təchizatçı qaimələrinin düzgünlüyünün yoxlanılması və sistemə daxil edilməsi
Müqavilə və ödəniş şərtlərinə uyğun olaraq ödəniş proseslərinin koordinasiyası
Kreditor borclar üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması
Gecikmiş ödəniş risklərinin təhlili və rəhbərliyə məlumat verilməsi
Audit prosesləri zamanı tələb olunan maliyyə sənədlərinin təqdim edilməsi
Analitik və hesabatlıq üzrə
Debitor və kreditor dövriyyələrinin təhlili və optimallaşdırılması
Maliyyə göstəricilərinin monitorinqi və analitik hesabatların hazırlanması
Büdcə və cash-flow planlamasına dəstək göstərilməsi
Rəhbərlik üçün təqdimatlar və maliyyə analizlərinin hazırlanması
Maliyyə proseslərinin təkmilləşdirilməsi üzrə təşəbbüslərin irəli sürülməsi
ERP və digər maliyyə sistemlərində məlumatların düzgünlüyünə nəzarət etmək
Tələblər
Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil
Debitor/kreditor sahəsində minimum 3-5 il iş təcrübəsi
ERP proqramlarında işləmək bacarığı
MS Excel proqramını yüksək səviyyədə bilmək
Analitik düşünmə və hesabat hazırlama bacarığı
Yüksək ünsiyyət və problem həll etmə bacarığı
Azərbaycan dilində sərbəst, ingilis dili biliyi üstünlükdür
Əmək şəraiti:
6 günlük iş rejimi;
İstirahət günü: Bazar günü.
Vəzifə üzrə əmək haqqı:
Müsahibə əsasında
İş yeri:
Bakı şəhəri, Ziya Bünyadov pr. 118
Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində *Debitor və Kreditor Hesabatları üzrə Böyük Analitik” yazaraq öz şəkilli CV-lərini qeyd olunan elektron poçt ünvanına yollaya bilərlər.
Necə Müraciət Etmək Olar
Auto Azerbaijan
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17616
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə