Dealer & Usta Şəbəkəsinin İnkişaf Rəhbəri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 10 may 2026
Təsvir
Vəzifənin məqsədi
Ustalar və dealer şəbəkəsi üzərindən satışların artırılması, bu istiqamətdə davamlı işləyən sistemin qurulması və “Ustalar Klubu” kimi icma modelinin formalaşdırılması.
Əsas vəzifələr
Ustalarla birbaşa əlaqələrin qurulması və inkişaf etdirilməsi
Dealer şəbəkəsinin aktiv idarə olunması və genişləndirilməsi
“Ustalar Klubu”nun yaradılması və davamlı inkişafı
WhatsApp/Telegram qruplarının formalaşdırılması və idarə edilməsi
Ustaların mobil tətbiqdən istifadəsinin təşkili və artırılması
Ustalar və dealerlər üçün offline görüşlər, təqdimatlar və workshopların təşkili
Satışların artırılması üçün kampaniyaların və təşviq mexanizmlərinin hazırlanması
Bazarın və müştəri davranışlarının təhlili, rəhbərliyə təkliflərin verilməsi
Tələblər
Ustalar və ya dealer şəbəkəsi ilə iş təcrübəsi (mütləqdir)
Satış sahəsində minimum 3 il təcrübə
Tikinti, texniki məhsullar və ya distribyutor sahəsində təcrübə üstünlükdür
Güclü ünsiyyət və münasibət qurma bacarığı
Sahə işində aktiv olmaq və mütəmadi görüşlər keçirmək bacarığı
Təşəbbüskar, nəticəyönümlü və məsuliyyətli yanaşma
Strategiya qurmaq və onu icra etmək bacarığı
Üstünlüklər
Ustalar bazasında şəxsi əlaqələrin olması
Dealer şəbəkəsi ilə işləmə təcrübəsi
İcma (qrup, klub) yaratmaq və idarə etmək təcrübəsi
Mobil tətbiqlərlə işləmə təcrübəsi
Təklif edirik
Rəqabətədavamlı əmək haqqı + bonus sistemi
Sıfırdan layihə qurmaq və real təsir yaratmaq imkanı
Dinamik və inkişaf yönümlü iş mühiti
Karyera yüksəlişi perspektivi
İş şəraiti
İş yeri: 28 May, Süleyman Rüstəm 15 F
Iş rejimi: 6 Günlük
Əmək haqqı: Müsahibə əsasında
Maraqlanan namizədlərin CV-lərini e-mailin mövzu hissəsində “Dealer & Usta Şəbəkəsinin İnkişaf Rəhbəri” sözlərini qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərmələrini xahiş edirik.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
AEM Elektron
Retail
AEM Elektron Azərbaycanda fəaliyyət göstərən və əsasən elektronika və məişət texnikası satışı sahəsində ixtisaslaşmış şirkətdir. Şirkət müştərilərə smartfonlar, kompüter və aksesuarlar, televizorlar, məişət texnikası və digər texnoloji məhsullar üzrə geniş seçim təqdim edir. AEM Elektron həm fiziki satış nöqtələri, həm də onlayn platforma vasitəsilə xidmət göstərərək rahat alış imkanları yaradır. Şirkət fəaliyyətində orijinal məhsul, zəmanət xidməti, sərfəli qiymət siyasəti və müştəri məmnuniyyəti prinsiplərini əsas tutur. AEM Elektron satış sonrası dəstək, kredit və hissə-hissə ödəniş imkanları ilə bazarda rəqabətqabiliyyətli mövqeyini gücləndirməyə və texnologiyanı daha əlçatan etməyə fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13097
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
11-50