Daxili traktorçu (İmişli İFT)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 mart 2026
Son Tarix: 10 aprel 2026
Təsvir
Traktorun təhlükəsizliyini və texniki vəziyyətini daima nəzarətdə saxlamaq;
Traktora qoşulan qoşquların, su və yanacaq çənlərinin, eləcə də lafetlərdəki yüklərin daşınması zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək;
Zavod və ya istehsal sahəsi daxilində yüklərin təhlükəsiz daşınmasını təmin etmək;
Traktorun əyləc sistemini, təhlükəsizlik cihazlarını və digər mexanizmlərini mütəmadi yoxlamaq;
Aşkar olunan texniki nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
İşə başlamazdan əvvəl texniki vəziyyəti və təhlükəsizlik sistemlərini yoxlamaq;
Texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək;
Zavod rəhbərliyinin göstərişlərini vaxtında və dəqiq yerinə yetirmək;
Traktorda kənar şəxslərin olmasına yol verməmək;
Yükləmə və daşınma zamanı traktorun yük götürmə normasına riayət etmək;
İdarəetmə zamanı sürət həddinə və hərəkət təhlükəsizliyi tələblərinə ciddi əməl etmək;
Xam pambığın emal məntəqələrinə daşınmasını təmin etmək;
Ehtiyac yarandıqda regional bazalardan və digər məntəqələrdən yüklərin gətirilməsini və daşınmasını həyata keçirmək;
Yanacaq və su çənlərini lazımi məntəqələrə təhlükəsiz şəkildə çatdırmaq.
Tələblər
Traktor idarə etmək hüququ verən müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır;
Traktor idarə etmək hüququ verən etibarnamə və ya yol vərəqəsi daima üzərində saxlanmalıdır;
Müvafiq sahədə ən azı 1–3 illik iş təcrübəsi;
Texniki biliklərə malik olmaq – traktorun quruluşu, nasazlıqların ilkin aşkarlanması və aradan qaldırılması qaydalarını bilmək;
Texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına dair anlayışa sahib olmaq və əməl etmək;
Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq;
Fiziki cəhətdən sağlam və açıq hava şəraitində işləməyə uyğun olmaq;
İş rejiminə və rəhbərliyin göstərişlərinə operativ şəkildə reaksiya vermək bacarığı;
Komanda ilə işləmə və əmək intizamına riayət etmə bacarığı;
Lazım gəldikdə ezamiyyətlərə və əlavə iş saatlarına uyğunlaşmaq imkanına malik olmaq.
Necə Müraciət Etmək Olar
Prime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10956
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+