Ana Səhifə
Vakansiyalar

Daxili nəzarət Şöbəsinin Mütəxəssisi

Daxili nəzarət Şöbəsinin Mütəxəssisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 28 may 2026

Təsvir

İş şəraiti:

  • Şəhər: Bakı

  • İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)

  • Əmək haqqı: Razılaşma əsasında

Vəzifə öhdəlikləri

  • Daxili nəzarət sistemlərinin fəaliyyətini təhlil etmək və effektivliyini artırmaq üçün təkliflər vermək;

  • Daxili prosedurların və əməliyyatların qanunvericiliyə, daxili normativlərə və risk menecment siyasətinə uyğun icrasına nəzarət etmək;

  • Risklərin erkən aşkarlanması məqsədilə nəzarət alətlərindən istifadə etmək və profilaktik tədbirlər təklif etmək;

  • Uyğunsuzluq hallarını araşdırmaq, səbəb və nəticələri müəyyənləşdirərək rəhbərliyə  hesabatlar təqdim etmək;

  • Audit yoxlamaları və rəy proseslərində iştirak etmək, dəstək vermək;

  • Rəhbərlik üçün mütəmadi və operativ hesabatlar hazırlamaq

  • Günlük, həftəlik, aylıq və illik nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş nöqsan və çatışmazlıqlar barədə müvafiq struktur vahidlərinin məlumatlandırılması;

  • Nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyyələrin verilməsi və mütəmadi izlənməsi,

Tələblər

  • Ali təhsil (riyaziyyat, iqtisadiyyat və maliyyə  üzrə arzu olunandır);

  • Dil bilikləri: Azərbaycan dilini yaxşı səviyyədə, Rus dili biliyi arzu olunandır;

  • Komputer bilikləri: MS Office proqramlarında sərbəst işləmək bacarığı, xüsusən Excel və Word yaxşı səviyyədə.

  • Flexcube, Bİ və BPM üzrə bilikləri olan;

  • İş təcrübəsi:1 ilədək Audit, Daxili nəzarət və ya Risk sahəsi

  • (Peşəkar etika və konfidensiallıq prinsiplərinə sadiqlik;

  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;

  • İşdə dəqiqlik və detallara diqqətlilik;

  • Komanda ilə işləmə və hesabatlılıq bacarığı.

CV-lərinizi qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu sətrində “Daxili nəzarət Şöbəsinin Mütəxəssisi” vəzifəsini qeyd etməyi unutmayın.

Necə Müraciət Etmək Olar

ABB-İnvest İnvestisiya Şirkəti QSC

ABB-İnvest İnvestisiya Şirkəti QSC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17503

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə