Daxili Nəzarət şöbəsinin müdiri

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 fevral 2026

Son Tarix: 26 mart 2026

Təsvir

Epoint Inc. – kiçik və orta bizneslər üçün yaradılmış onlayn ödəniş və e-ticarət platformasıdır. Texniki biliklərə və əlavə resurslara ehtiyac olmadan kartla ödənişləri qəbul etmək indi daha sadə və əlçatan oldu. ABŞ (Delaware) və Azərbaycan (Bakı) ofislərimiz vasitəsilə qlobal həlləri yerli bizneslərə təqdim edirik. Şirkətimizin gündəlik ofis fəaliyyəti və proseslərinin daha səmərəli idarə olunması üçün komandamıza yeni Daxili Nəzarət şöbəsinin müdiri axtarışına start verilir.

Vəzifə öhdəlikləri

  • Şöbənin illik daxili nəzarət və yoxlama planının hazırlanmasına və icrasına rəhbərlik etmək;

  • Daxili nəzarət yoxlamalarını həyata keçirmək, icrasına nəzarət etmək və hesabatlıq prosesi idarə etmək;

  • Risklərin dəyərləndirilməsi və prioritetləşdirilməsi əsasında nəzarət strategiyasını formalaşdırmaq;

  • Uyğunsuzluqların yaranma səbəblərini araşdırmaq və tənzimləyici tədbirlərin icrasını təmin etmək;

  • Şirkət siyasətləri, prosedurlar və standartlarına uyğunluğun qiymətləndirilməsini təmin etmək;

  • Struktur bölmələrdə aşkar edilmiş uyğunsuzluqlar üzrə təkmilləşdirici təkliflər hazırlamaq və icrasını izləmək;

  • Daxili nəzarət nəticələrinə dair illik və aylıq analitik hesabatlar və rəy hazırlayaraq rəhbərliyə təqdim etmək;

  • Konfidensiallıq, qərəzsizlik və etik davranış prinsiplərinə riayət olunmasına nəzarət etmək;

  • Şirkətdaxili komitələrdə, işçi qruplarda şöbəni təmsil etmək və nəzarət mühitinin inkişafına töhfə vermək;

  • Şöbə işçilərinin fəaliyyətinə rəhbərlik etmək, iş yükünü bölüşdürmək və intizamın təmin olunmasına nəzarət etmək;

  • Büdcə və şöbə xərclərinin idarə edilməsinə nəzarət etmək.

  • İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra edilməsini təmin etmək.

Tələblər

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya əlaqədar sahə);

  • Daxili nəzarət və ya risk sahəsində minimum 3–5 il iş təcrübəsi (maliyyə sektorunda iş təcrübəsi olanlara üstünlük veriləcək).

  • Azərbaycan dilini mükəmməl, İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək.

  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;

  • Hesabatlılıq və proses idarəçiliyi bacarığı;

  • Daxili nəzarət sistemləri, nəzarət nöqtələri və risk yönümlü nəzarət metodologiyası üzrə dərin bilik;

  • Komandada işləmə bacarığı;

  • MS Office proqramlarında yüksək səviyyə, xüsusilə Excel-də analitik hesabat hazırlama bacarığı.

Namizədlərdən CV-lərini göstərilən e-mailə göndərmələri və məktubun mövzu hissəsində “Daxili nəzarət” qeyd etmələri xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcək və əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.

Necə Müraciət Etmək Olar

Global Innovations

Global Innovations

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9972

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Risklər üzrə menecer

Tam Ştat

Epoint Inc. – kiçik və orta bizneslər üçün yaradılmış onlayn ödəniş və e-ticarət platformasıdır. Texniki biliklərə və əlavə resurslara ehtiyac olmadan kartla ödənişləri qəbul etmək indi daha sadə və əlçatan oldu. ABŞ (Delaware) və Azərbaycan (Bakı) ofislərimiz vasitəsilə qlobal həlləri yerli bizneslərə təqdim edirik. Şirkətimizin gündəlik ofis fəaliyyəti və proseslərinin daha səmərəli idarə olunması üçün komandamıza yeni Risklər üzrə menecer axtarışına start verilir. Vəzifə öhdəlikləri Ölkə qanunvericiliyi, daxili qayda və prosedurlar, habelə əsasnamədən irəli gələrək Şöbənin fəaliyyətini təşkilində iştirak edir; risklərin idarəedilməsi sahəsində daxili qayda və prosedurların, tədbirlər planının, onlara zəruri əlavə və dəyişiklikləri, habelə qərar layihələrinin hazırlanmasını və icrasını təmin edir; risk idarəetmə sisteminin qurulması və fəaliyyətinin təşkilində iştirak edir, bu sistemin Təşkilatın bütün fəaliyyət istiqamətlərini əhatə etməsini təmin edir; risk reyestrinin və risk xəritəsinin hazırlanmasını, dövri əsasda yenilənməsini təmin edir; risklərin idarəedilməsi və preventiv tədbirlərin görülməsi üçün stress testlərin keçirilməsini təşkil edir; risk ssenariləri və risk limitlərinin müəyyən edilməsi, habelə ödəniş xidmətləri və digər fəaliyyət istiqamətləri üzrə tələb və məhdudiyyətləri müəyyən edərək təsdiqlənməsi üçün rəhbərliyə təqdim edilməsini təmin edir; risklərin məhdudlaşdırılması və ya səviyyəsinin azaldılması üzrə tədbir, prosedur, mexanizm və metodikanın hazırlanması və tətbiqini təmin edir; risklərin minimallaşdırılması, ötürülməsi, riskgötürmə qabiliyyətinin məqbul səviyyədə saxlanılması üçün tədbirlərin görülməsini təmin edir; risklərin tanınması və idarə edilməsi zəruri hesab edilən bütün fəaliyyət sahələri və proseslərə, yeni ödəniş xidmətləri və fəaliyyət istiqamətlərinin göstərilməsinə dair rəy verir; Təşkilatın mövcud məhsul və ya xidmətlərinə dəyişiklik edilərkən, həmçinin yeni məhsul və xidmətlər hazırlanan zaman yaradılması nəzərdə tutulan məhsul və/və ya xidmətin risk qiymətləndirməsinin həyata keçirilməsini təşkil edir; risklərin idarə edilməsi üzrə struktur bölmələrlə koordinasiyalı formada fəaliyyətin təşkilini təmin edir, qarşılıqlı məlumat mübadiləsi apararaq toplanılan məlumatların təhlil edilməsini təmin edir; Təşkilatın digər struktur bölmələrinə risklərin idarəedilməsi ilə bağlı metodoloji dəstək göstərilməsini təşkil edir; Risklər və onların idarəedilməsi üzrə işçilərə dövri əsasda təlimlərin keçirilməsini təmin edir; Rəhbərlik tərəfindən və əsasnamə ilə müəyyən edilən digər iş öhdəliklərinin icrası.