Ana Səhifə
Vakansiyalar
Hüquq
Hüquqşünas (ümumi)

Daxili nəzarət hesabatlığı üzrə Aparıcı mütəxəssis/AML və Komplayens Departamenti

Daxili nəzarət hesabatlığı üzrə Aparıcı mütəxəssis/AML və Komplayens Departamenti

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 31 may 2026

Təsvir

  • Əməliyyatların qanuni tələblərə və daxili qaydalara uyğunluğunu təmin edən nəzarət mexanizmlərini təşkil etmək və onların icrasını izləmək;

  • Əməliyyat riskləri və uyğunsuzluqları müəyyənləşdirib təhlil etmək, aradan qaldırılmasına nəzarət;

  • Biznes prosesləri və məhsullar üzrə riskləri qiymətləndirmək, məsafədən idarə olunan nəzarət mexanizmlərini hazırlamaq, test etmək və tətbiqini rəhbərlik altında həyata keçirmək;

  • Aşkarlanmış insidentlərin qeydiyyatını aparmaq, statuslarını izləmək və daxili hesabatların hazırlanmasını təmin etmək;

  • Mövcud nəzarət mexanizmlərini biznes proseslərindəki, qanunvericilikdəki və texnoloji dəyişikliklərə uyğun optimallaşdırmaq.

Tələblər

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat və Riyaziyyat sahələri üzrə);

  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;

  • MS Excel və Oracle PL/SQL üzrə bilik və təcrübə;

  • Bank məhsulları haqqında geniş məlumatlılıq üstünlükdür;

  • Həcmli məlumatların işlənməsi və nəticələrin hesabat formasında təqdim olunması üzrə bacarıq;

  • Analitik təhlil aparmaq və kompleks məsələləri həll etmək bacarığı;

  • Yaxşı səviyyədə ingilis və ya rus dili bilikləri üstünlük təşkil edir.

Necə Müraciət Etmək Olar

Unibank Kommersiya Bankı

Unibank Kommersiya Bankı

Finance

Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17371

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya