Daxili Auditor
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 20 iyun 2026
Təsvir
Namizədə dair gözləntilər və xüsusi tələblər:
Ali iqtisadi təhsil və müvafiq ixtisas üzrə iş stajına malik olmaq (Sığorta sahəsi üzrə arzuolunandır );
Daxili Auditorlar İnstitutunun standartları (IIA), Beynəlxalq Maliyyə Hesabatları Standartlarının (IFRS) tətbiqi üzrə bilik və bacarıqlar, (üstünlükdür)
Mühasibatlıq, Daxili Audit, Risklərin idarə edilməsi üzrə peşə sertifikatlarının olması üstünlükdür.
Maliyyə menecmenti, maliyyə və mühasibatlıq sahələrində peşə vərdişlərinə malik olmaq;
Riskləri qiymətləndirmək bacarığı və analitik qabiliyyəti;
Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
Daxili Nəzarət, risklərin idarə edilməsi və ya digər əlaqəli istiqamət üzrə təcrübə (arzuolunandır)
Daxili audit sahəsi üzrə ən son yeniliklərdən, eləcə də qabaqcıl təcrübələrdən xəbərdar olmaq.;
Kompyuter bilikləri: Microsoft Word, Microsoft Excel; 1C proqramı ilə işləmək bacarığı;
Dil bilikləri- azərbaycan dili; rus dili- arzuolunan ; ingilis dili-arzuolunan.
Yazılı və şifahi ünsiyyət bacarığı;
Analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
İllik Daxili Audit iş planına uyğun olaraq audit yoxlamalarının məsləhət layihələri və tədbirlər planının icra statusunun monitorinqinin aparılması;
Daxili audit strategiyası, audit metodologiyası və digər normativ sənədlərin, risk əsaslı audit proqramının hazırlanmasında iştirak etmək;
Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarını həyata keçirmək;
Təsdiq olunmuş plana əsasən monitorinqlərin və yoxlamaların aparılması;
İdaəetmə, daxili nəzarət və risklərin idarə olunması sistemlərinin təkminləşdirilməsi, bu sistemlərin adekvatlığının və effektivliyinin qiymətləndirilməsi;
Biznes proseslər haqqında məlumatları təhlil etmək auditini aparmaq ;
Müstəqil (kənar) audit proseslərinə dəstək olmaq;
Şirkətin daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək;
Risklərin idarə olunması sisteminin effektivliyinin qiymətləndirilməsi;
Əlavə məlumat:
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: Bakı şəhəri
Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq razılaşma yolu ilə
Tibbi sığorta təminatı
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Daxili Auditor)qeyd edərək, qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Necə Müraciət Etmək Olar
Xalq Həyat Sığorta
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18449
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə