Ana Səhifə
Vakansiyalar

Daxili Audit üzrə aparıcı mütəxəssis

Daxili Audit üzrə aparıcı mütəxəssis

Bakı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 yanvar 2026

Son Tarix: 14 fevral 2026

Təsvir

Vəzifənin məqsədi:

Daxili Audit üzrə aparıcı mütəxəssis Aqrokompleks üzrə maliyyə və əməliyyat proseslərində daxili nəzarət mexanizmlərinin effektivliyinin qiymətləndirilməsi, risklərin müəyyən edilməsi və audit tövsiyələrinin icrasına nəzarətin təmin edilməsində əsas icraçı rolunu yerinə yetirir.

Tələblər

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;

  • Daxili audit, kənar audit və ya maliyyə nəzarəti sahəsində minimum 2–3 il iş təcrübəsi;

  • Daxili nəzarət sistemləri və risklərin idarə olunması üzrə praktiki biliklər;

  • Audit hesabatlarının hazırlanması və analitik yazı bacarığı;

  • Excel və analitik alətlərlə işləmə bacarığı;

  • Müstəqil işləmə və prioritetləri düzgün müəyyən etmə qabiliyyəti.

Üstünlük verilir:

  • Aqrar, istehsalat və ya logistika sahəsində audit təcrübəsi;

  • CIA sertifikatı (tamamlanmış və ya davam edən) ;

  • Audit və ERP sistemləri ilə işləmə təcrübəsi;

  • İngilis və ya rus dili biliyi.

Vəzifə öhdəlikləri:

  • Təsdiq edilmiş audit planına uyğun olaraq daxili audit yoxlamalarının aparılması;

  • Maliyyə, əməliyyat, satınalma, anbar və xərclər üzrə nəzarət mexanizmlərinin qiymətləndirilməsi;

  • Risk əsaslı audit yanaşması ilə nəzarət boşluqlarının və uyğunsuzluqların müəyyən edilməsi;

  • Audit nəticələri üzrə hesabatların hazırlanması və tövsiyələrin formalaşdırılması;

  • Verilmiş tövsiyələrin icrasına nəzarət və təkrar yoxlamaların aparılması (follow-up) ;

  • Proses sahibləri ilə birbaşa kommunikasiya və rəy mübadiləsinin təşkili;

  • Kənar auditorlarla əməkdaşlıq və audit prosesində məlumat dəstəyi;

  • Audit Komitəsi və rəhbərlik üçün tələb olunan məlumatların hazırlanmasında iştirak;

  • Zərurət yarandıqda plandankənar audit yoxlamalarının icrası.

Aşağıdakı sahələr üzrə audit yoxlamalarının aparılması:

  • Maliyyə hesabatları və büdcə icrası;

  • Anbar və mal-material ehtiyatlarının idarə olunması;

  • Satınalma və təchizat prosesləri;

  • Xərclər, nağd pul və kart əməliyyatları;

  • Törəmə müəssisələr və birgə fəaliyyətlər;

  • Daxili prosedurlar və normativ tələblərə uyğunluq.

Əlavə imtiyaz və üstünlüklər:

  • Könüllü tibbi sığorta (3 ay sonra);

  • “DəyərliSən” mobil tətbiqi “PAŞA Loyallıq platforması.

Vakansiya ilə bağlı “Daxili Audit üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV-nizi göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.

Necə Müraciət Etmək Olar

Foodcity Agropark

Foodcity Agropark

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4905

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə