Dataların idarəedilməsi üzrə baş mütəxəssis/ Data mərkəzi, Dataların idarə edilməsi bölməsi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 fevral 2026
Son Tarix: 9 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Məlumat idarəçiliyi çərçivələri, siyasət və prosedurları hazırlamaq və tətbiq etmək;
Məlumat mülkiyyəti, idarəçiliyi və məsuliyyət bölgüsünü müəyyənləşdirmək üçün maraqlı tərəflərlə əməkdaşlıq etmək;
Sistemlər və proseslər üzrə məlumatların keyfiyyətini və bütövlüyünü izləmək;
Məlumatların qorunması ilə bağlı qanunvericiliyə və tənzimləmələrə uyğunluğu təmin etmək;
Məlumat kataloqları, metadatalar reyestrləri və məlumat axını sənədlərini idarə etmək;
Məlumatların təsnifatı, girişə nəzarət və saxlanma strategiyalarını dəstəkləmək;
Məlumat idarəçiliyi komitələri və işçi qruplarının fəaliyyətini əlaqələndirmək;
Məlumat idarəçiliyi üzrə ən yaxşı təcrübələrə dair təlim və məlumatlandırma proqramlarını həyata keçirmək;
Məlumatlarla bağlı yaranan risk və problemləri müəyyənləşdirmək və aradan qaldırmaq.
Namizədə olan tələblər:
İş təcrübəsi: Dataların idarəedilməsi sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur.
Təhsili: İnformasiya idarəçiliyi, kompüter elmləri, biznes və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
Dil bilikləri: İngilis dili: əla
Kompüter bilikləri: MS Office:əla , PowerBI:orta , MSSQL(T-SQL):orta , PostgreSQL:orta
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
Ödənişsiz dayanacaq imkanının təmin olunması;
“Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
PASHA Life
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10050
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə