Data Science üzrə Təcrübəçi
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 26 iyun 2026
Təsvir
AI & Data Science sahəsi üzrə təcrübəçi olaraq biz süni intellekt və məlumat elmi sahəsində yenilikçi həllərlə məşğul olan, analitik düşüncəyə və problemləri həll etmə qabiliyyəti malik motivasiyalı təcrübəçilər axtarışındayıq.
Siz təcrübə müddəti ərzində müasir AI texnologiyaları və süni intellekt həlləri ilə işləyəcək, məlumat analizi və maşın öyrənmə modellərinin real biznes problemlərinin həlli üçün tətbiqini öyrənəcəksiniz.
' ' +
Data sahəsinə marağı olan bakalavr son kurs tələbələri, magistr tələbələri, universiteti yeni bitirən məzunlar;
Ölkənin ilk rəqəmsal bankında data sahəsində çalışan peşəkarlarla ünsiyyətdə olmaq və onlardan öyrənmək istəyənlər;
Tam iş günü təcrübədə iştirak edə biləcək namizədlər;
Motivasiyası yüksək, yeniliklərə açıq və məqsədlərini reallaşdırmaq istəyən gənclər.
' ' +
Real AI layihələrində işləyərək öyrənmək imkanı;
Güclü və böyük kross-funksional AI komandanın bir hissəsi olaraq yeniliklərə imza atmaq;
Süni intellekt və məlumat elmi sahəsində təcrübəli mentorlarla işləmək imkanı;
Müasir AI texnologiyaları və deep learning alətləri ilə praktiki təcrübə qazanmaq;
Bankçılıq sektorunda AI həllərinin real tətbiqi ilə tanış olmaq;
Peşəkar inkişaf və karyera qurmaq üçün güclü əsas yaratmaq;
Multikultural mühit: biz xarici həmkarlarımızın fikirlərini və təcrübələrini qiymətləndiririk. Biz açıqlığa, inklüzivliyə və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk;
Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var;
Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin;
Namizədlər üçün sosial media bağlantılar.
' ' +
Ən son texnologiyalardan istifadə edərək praktiki süni intellekt layihələrinə töhfə vermək
Bank əməliyyatlarını və müştəri təcrübəsini yaxşılaşdıran ağıllı sistemlərin qurulmasında iştirak etmək
Rəqəmsal maliyyənin gələcəyini formalaşdıran dinamik və irəliyə dönük komandalar ilə əməkdaşlıq etmək
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Necə Müraciət Etmək Olar
Kapital Bank
Finance
Kapital Bank Azərbaycanın ən böyük və ən qədim kommersiya banklarından biridir. Bankın tarixi 1874-cü ildə yaradılmış ilk əmanət kassalarına dayanır və hazırda ölkənin ən geniş filial şəbəkəsinə malik maliyyə institutlarından biri kimi fəaliyyət göstərir. Kapital Bank həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, kart, köçürmə və biznes maliyyələşməsi kimi geniş bank xidmətləri təqdim edir. Bank xüsusilə rəqəmsal bankçılıq sahəsində innovativ həlləri ilə seçilir. “Birbank” mobil tətbiqi vasitəsilə istifadəçilərə onlayn ödənişlər, kredit sifarişi, kart əməliyyatları və digər maliyyə xidmətlərini rahat şəkildə həyata keçirmək imkanı yaradır. Kapital Bank müştəriyönümlü yanaşması, texnoloji inkişaf strategiyası və geniş xidmət infrastrukturu ilə Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17029
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+