Data elmi üzrə Kiçik Mütəxəssis / Mütəxəssis / Aparıcı Mütəxəssis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 1 iyun 2026
Təsvir
Müştəri davranışını proqnozlaşdıran modellər (churn, next best product/offer, müştəri dəyəri və s.) qurmaq, təkmilləşdirmək və KPI-ları optimallaşdırmaq;
Müştəri məlumatlarını dərindən öyrənərək əsas tendensiyaları aşkara çıxarmaq və bu nəticələri şirkət üçün konkret biznes dəyərinə (saxlama dərəcəsi, gəlir artımı, çarpaz satış) çevirmək;
Data-driven qərarvermə üçün sürətli prototiplər və xüsusi modellər hazırlamaq (seqmentasiya, propensity scoring, LTV proqnozu);
Churn proqnozlaşdırma, NBP/NBO (Next Best Product/Offer) və (CLV) modellərini qurmaq, yeniləmək və təkmilləşdirmək;
Modelləşdirmə nəticələrini qısa, aydın təqdim edərək marketinq, satış və məhsul komandalarının qərar qəbulunu asanlaşdırmaq.
Tələblər
İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat və digər əlaqəli sahələr üzrə ali təhsil;
Maşın öyrənməsi modelləri ilə ən azı 1 il iş təcrübəsi;
Churn, NBP/NBO və müştəri analitikası modellərinin qurulmasında real iş təcrübəsi;
Qabaqcıl statistik metodlar (reqressiya, təsnifat, paylanma, testlər, ML/AI) üzrə dərin bilik və təcrübə; nəticələri real biznes problemlərində əsaslandırmaq bacarığı;
Tableau və ya digər məlumat vizuallaşdırma alətlərindən istifadə edərək çıxardığı nəticələri maraqlı tərəflərə aydın və peşəkar formada təqdim etmə bacarığı;
Git və digər versiya nəzarəti sistemlərində komanda ilə birlikdə işləmək təcrübəsi;
Modellərin istehsalat mühitinə tətbiqi üçün Docker və Kubernetes kimi texnologiyalardan istifadə təcrübəsi;
SQL və Python üzrə praktiki təcrübə;
Tableau bilikləri əlavə üstünlükdür;
Analitik düşüncə və kompleks problemləri sistemli həll etmə bacarığı;
Detallara diqqət və işin dəqiqliklə aparılması;
Müstəqil işləmə motivasiyası və yüksək təşəbbüskarlıq;
Effektiv ünsiyyət və güclü komanda ruhu;
Adaptivlik, dəyişən şəraitə tez uyğunlaşmaq qabiliyyəti;
Vaxtın idarə edilməsi və prioritetləşdirmə bacarığı;
Etibarlılıq, məsuliyyət və işə ciddi yanaşma.
Necə Müraciət Etmək Olar
Yelo Bank ASC
Finance
Yelo Bank Azərbaycanda fəaliyyət göstərən innovativ kommersiya banklarından biridir. Bank 1994-cü ildə “Nikoil Bank” adı ilə fəaliyyətə başlayıb və sonradan rebrendinq edilərək “Yelo Bank” adı altında müasir və rəqəmsal bankçılıq konsepsiyasına keçid edib. Yelo Bank fərdi və biznes müştəriləri üçün kredit, depozit, kart məhsulları, köçürmələr və digər maliyyə xidmətləri təqdim edir. Bank xüsusilə gənc və rəqəmsal yönümlü yanaşması ilə seçilir. “Yelo App” mobil tətbiqi vasitəsilə istifadəçilərə onlayn bank əməliyyatları, kredit sifarişi, ödənişlər və hesab idarəetməsi kimi xidmətlər rahat şəkildə təqdim olunur. Yelo Bank innovasiya, sürətli xidmət və müştəri təcrübəsini prioritet hesab edərək Azərbaycanın rəqəmsal bankçılıq sektorunda mövqeyini gücləndirməyə davam edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17475
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
1000+