Data Analitik
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 may 2026
Son Tarix: 5 iyun 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri
Biznes tələbləri əsasında analitik hesabat və dashboard-ların hazırlanması
MS SQL Server üzərində sorğuların yazılması və hesabat üçün məlumatların hazırlanması
Mövcud hesabatların dəstəklənməsi, yenilənməsi və optimallaşdırılması
BI platforması üzərində məlumat modelinin qurulması və hesabat məntiqinin yazılması
Hesabat məlumatlarının düzgünlüyünün yoxlanılması və biznes şöbələrinə təqdim olunması
Biznes tərəfdən gələn sual və sorğulara operativ cavab verilməsi
Tələblər
İnformasiya Texnologiyaları, Riyaziyyat, Kompüter Elmləri, Statistika, İqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə ali təhsil
BI / Data Analitika / Hesabatlılıq sahəsində minimum 1 il iş təcrübəsi
SQL bilikləri və məlumat bazaları ilə işləmə bacarığı
Məlumatların təhlili və vizual təqdimatı sahəsində analitik düşüncə qabiliyyəti
Ən azı bir BI alətində təcrübə (Power BI, Tableau, QlikSense, QlikView, Looker və ya bənzəri)
MS Excel üzrə yaxşı səviyyədə bilik
Detallara diqqət və məsuliyyətlilik
Azərbaycan dili - sərbəst
Komandada işləmək və öyrənməyə açıq olmaq
Üstünlük hesab olunur
Rus və/və ya ingilis dili biliyi
Sığorta və ya bank sektorunda iş təcrübəsi
QlikSense və ya QlikView ilə iş təcrübəsi
Data modelləşdirmə anlayışları (fact / dimension, star schema)
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Ateshgah Sigorta
Other
Atəşgah Sığorta Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən və uzun illərdir müştərilərinə etibarlı maliyyə müdafiəsi təqdim edən aparıcı sığorta şirkətlərindən biridir. Şirkət rəsmi məlumatına görə 27+ illik təcrübəyə malikdir və həm fərdi şəxslərə, həm də bizneslərə müxtəlif sığorta həlləri təklif edir. “Atəşgah Sığorta”nın xidmət portfelinə avtomobil sığortası (icbari, KASKO), əmlak sığortası, səyahət sığortası, həmçinin digər fərqli sığorta məhsulları daxildir. Müştərilər sığorta xidmətlərini onlayn əldə edə, ödəniş edə və sığorta məlumatlarını yoxlaya bilirlər.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15680
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500