Keyfiyyət və SƏTƏM şöbəsinin müdiri
Tam Ştat
Vəzifə öhdəlikləri:
Cəmiyyətdə “Keyfiyyət idarəetmə sisteminin” qurulması, işlək vəziyyətdə saxlanması və təkmilləşdirilməsi;
Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin siyasətini qurmaq və onun icrasına bialvasitə nəzarət etmək;
Cəmiyyətdə keyfiyyətin və SƏTƏM-in idarə olunması sisteminin sənədləşdirilməsinə, sənədlərin işlək vəziyyətdə saxlanmasına və tətbiqinə rəhbərlik etmək;
Keyfiyyət və SƏTƏM idarə sistemlərin fəaliyyətində Cəmiyyətinin keyfiyyət və əmək təhlükəsizliyi sahəsində siyasəti və məqsədlərinin realaşdırılmasına nəzarət etmək;
Keyfiyyət və SƏTƏM idarə sistemlərin fəaliyyətində qüvvədə olan beynəlxalq və yerli standartların tələblərinə riayət olunmasına nəzarət etmək;
KİS və SƏTƏM-in tətbiqinin səmərəliliyini vaxtaşırı dəyərləndirmək və bu barədə hesabat hazırlayıb cəmiyyətinin direktoruna təqdim etmək;
KİS-in fəaliyyətinin nəticələrini gözdən keçirmək və dəyərləndirmək üçün müvafiq toplantıların keçirilməsini təmin etmək;
Cəmiyyətdə yekun işin keyfiyyətinə təsir edə biləcək funksiyların, proseslərin uyğunluğuna, yoxlama üsullarının düzgün seçilməsinə, düzgün və vaxtında tətbiqinə, müvafiq qeydlərin aparılmasına nəzarət etmək;
Uyğun olmayan xidmətin təsbit edilməsi, təhlili və bir daha təkrarlanmaması şərtiylə uyğunsuzluğun aradan qaldırılması üçün aparılan düzəldici fəaliyyətləri izləmək;
Sifarişçilərin tələblərinin nəzərə alınmasına nəzarət etmək, onların irad və təkliflərinin qiymətləndirilməsini və nəzərə alınmasına nəzrət etmək;
KİS-in tətbiqinin nəticələrini müvafiq şəkildə təhlil edərək, cəmiyyətdə KİS-in davamlı təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək;
Düzəldici və önləyici fəaliyyətlərin tətbiqini təmin etmək və səmərəliliyini yoxlamaq;
Keyfiyyət və SƏTƏM üzrə qeydlərin aparılmasına, sənədləşdırılməsinə, işlək vəziyyətdə saxlanmasına və s; nəzarət etmək;
Cəmiyyətdə keyfiyyət və SƏTƏM üzrə daxili auditləri təşkil etmək, audit nəticəsində müəyyənləşdirilmiş zəruri düzəldici fəaliyyətlərin səmərəli tətbiqini yoxlamaq;;
Təlimə (treninqə) olan ehtiyacları müəyyənləşdirməsi və müvafiq təlimlərə göndərilməsinə nəzarət etmək;
Təlim planının təsirli şəkildə həyata keçirilməsini və təlimdənsonrakı qiymətləndirmələrinə nəzarət etmək;
Cəmiyyətin KİS-in və SƏTƏM prosedurlarını, keyfiyyət üzrə rəhbərliyi, təlimatları, formaları hazırlamaq, təsdiqlətmək və paylamaq;
Cəmiyyətin prosedurlarına görə aidiyyatı şəxslərin üzərlərinə düşən vəzifələri yerinə yetirməsinə nəzarət etmək;
İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir;
İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir;
İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir;
İldə bir dəfədən az olmadan keyfiyyət və SƏTƏM idarəetmə sisteminin işlək vəziyyətinin yoxlanması üçün daxili audit keçirtmək.
Namizədə dair tələblər:
Müvafiq sahədə 3 il iş təcrübəsi;
Ali təhsil (müvafiq sahə üzrə);
SƏTƏM üzrə müvafiq sertifikatlar;
MS office proqramlarında işləmə bacarığı;
Əmək Məcəlləsi, Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik , Yanğın Təhlükəsizliyi haqqında qanun və normativ hüquqi aktlar haqqında biliklər;
SƏTƏM sənədlərini, hesabatları və təlimatları hazırlamaq bacarığı;
İSO 9001:2015 İSO 14001:2015 İSO 45001 standartlar üzrə daxili auditor sertifikatları.
İş şərtləri:
İş yeri: Ələt Limanı;
İş qrafiki: 5 günlük iş həftəsi;
İş saatları: 08:00 - 17:00;
Nahar yeməyi və servis şirkət tərəfindən qarşılanır.
Maraqlanan namizədlər göstərilən formu dolduraraq müraciətlərini göndərə bilərlər.