Çilingər

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 yanvar 2026

Son Tarix: 27 fevral 2026

Təsvir

  • İstehsalat sahəsində olan avadanlıqları vaxtında və keyfiyyətli təmir edir

  • Planlaşdırılmış qabaqlayıcı təmir qrafikinə əsasən sahədəki avadanlıqların təmirini həyata keçirir

  • Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırır və onların aradan qaldırılması üçün tədbirləri həyata keçirir

  • Dəzgahların mexanizm və qovşaqlarının, iş avadanlıqlarının təmirini həyata keçirir

  • İşçi alətlərin , köməkçi vasitələrin və s. uçotunu aparır və yenilərini hazırlamaq üçün sifarişlər verir

  • İstehsalat avadanlıqlarının nizamlanmaslnda iştirak edir

  • İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin edir

  • Xüsusi geyim və FMV-dən istifadə qaydalarına əməl edir

  • Texnoloji prosesi iş yerinin təlimatlarına uyğun olaraq idarə edir

  • Texnoloji rejim normalarına,texnoloji reqlament və istehsalat təlimatlarına ciddi riayət etməlidir.

  • Sex və növbə rəisinin istehsalata aid bütün göstərişlərini yerinə yetirməli

  • Zavodun rəhbərliyinin operativ göstərişlərini yerinə yetirməli

  • Avadanlıqların işində qüsur olduqda,texnoloji rejim pozulduqda,iş yerində bədbəxt hadisə baş verdikdə vaxtında növbə rəisinə, sex rəisinə, onlar olmadıqda isə zavod rəhbərliyinə məlumat verməli

Tələblər

  • Təhsil: Ali təhsil və ya orta ixtisas təhsili

  • Təcrübə : Müvafiq sahə üzrə minimum 2 il rəsmi əmək təcrübəsi

  • Fikrini izah etmək qabiliyyəti

  • İşə planlı yanaşması

  • Ünsiyyət yaratmaq bacarığı

  • İş qrafiki

  • 6 günlük qrafik (şənbə günü yarım iş günü)

  • Biz nə təklif edirik

  • Qidalanma şirkət tərəfindən təmin edilir

  • Nəqliyyat şirkət tərəfin təmin edilir

  • Karyera yüksəlişi

  • Rəqabətli əmək haqqı

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Veb Səhifəyə Keç
Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4834

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

İstehsalat üzrə Sex Rəisi

Tam Ştat

Sexin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik etmək; İstehsal tapşırıqlarının yerinə-yetirilməsi, yüksək keyfiyyətli ahəngdar məhsul istehsalının, əsas və dövriyyə vəsaitələrindən effektiv istifadəsinin təmini; İstehsalın mənimsənilməsi, istehsal proseslərinin avtomatlaşdırılması və mexanikləşdirilməsinin təşkili, zay məhsul haqqında xəbərdarlıq və məmulatın keyfiyyətinin yüksəldilməsi, bütün növ resurslara qənaət, əməyin təşkilinin qabaqcıl formalarının tətbiqi, iş yerlərinin rasional istifadəsinin təmin və təşkili; Cari istehsal planlaşdırması, uçotu, sexin istehsal fəaliyyəti haqqında hesabatların tərtib olunması və vaxtı-vaxtında təqdim edilməsi; Təsərrüfatçılığın yeni formalarının tətbiqi üzrə işləri, əməyin normalaşdırılmasının yaxşılaşdırılmasını, müvafiq məhsul istehsal texnologiyası və konstruktorlaşmanın qabaqcıl yerli və xarici təcrübənin öyrənilməsi; Avadanlığın və digər əsas vəsaitlərin düzgün istismar qaydalarına riayət edilməsi, onların təmiri və profilaktik xidmətinə nəzarət, əməyin təhlükəsiz və sağlam təşkili; İşçilərə əməyin təhlükəsizliyi və təhlükəsizlik texnikasına riayət etmələrinə nəzarət, istehsal və əmək intizamına riayət edilməsinə, daxili əmək intizamına riayət edilməsi; Gündəlik, həftəlik və aylıq istehsalat hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim edilməsi; İstehsal prosesində yaranan texniki problemlərin müəyyənləşdirməsi və aradan qaldırması üçün tədbirlərin görülməsi.