Çapçı-Cildçi
Bakı
Tam Ştat
Orta Səviyyə
600 - 1.500 AZN
Yerləşdirilib 16 fevral 2026
Son Tarix: 28 mart 2026
Təsvir
Mətbəə sahəsində təcrübəsi olan namizədlərin nəzərinə!
İNDİQO MMC sizi bizimlə əməkdaşlığa dəvət edir.
“İNDİQO” MMC Azərbaycan mətbəə bazarında 40 ildən artıq təcrübəyə malik olan, ölkənin ən böyük mətbəələrindən biridir.
Bizim müasir standartlarla inşa edilmiş fabrikimiz, ən son texnologiyaya məxsus avadanlıq parkımız var. Bu da bizə keyfiyyətli və sürətli işləməyə və müştərilərin ehtiyaclarını çevik şəkildə qarşılamağa imkan verir.
Hal-hazırda şirkətdə 90-dan artıq işçi çalışır. Hər bir işçimiz unikaldır və biznesin inkişafına böyük töhfə verir - məhsula və proseslərə birbaşa təsir etmək qabiliyyətinə malikdir. Onu da deyək ki, səmimi iş atmosferimiz var. Şirkətdə çalışanların 40%-dən çoxu 15 ildən artıqdır ki, bizimlədirlər.
İş qrafiki: Tam iş günü
Əmək haqqı: Müsahibə əsasında razılaşdırılır.
Mehriban və peşəkar kollektiv
Karyera inkişafı imkanı
İş yeri: Bayıl qəsəbəsi, Əhəd Yaqubov 1/2.
İş haqqında
Mətbəə sahəsində minimum 1 ildən yuxarı iş təcrübəsi
Çap və ya çapdan sonra (cildləmə) proseslərini bilmək
Ofset və ya rəqəmsal çap avadanlıqları ilə işləmək bacarığı
İşində məsuliyyətli, diqqətli və çevik olmaq
Komandada işləmə bacarığı
İş intizamına riayət etmək.
Tələblər
Çap, çapdan sonra və cildləmə proseslərinin düzgün və keyfiyyətli icrasını təmin etmək
Ofset və ya rəqəmsal çap avadanlıqları ilə işləmək
Çap məhsullarının kəsim, büküm, laminasiya, tikmə və cildləmə işlərini yerinə yetirmək
Sifarişləri texniki tapşırığa uyğun və vaxtında icra etmək
Çap keyfiyyətinə və rəng uyğunluğuna nəzarət etmək
Avadanlıqların düzgün istismarı və gündəlik texniki baxımını həyata keçirmək
İstehsalat və təhlükəsizlik qaydalarına riayət etmək
İş yerinin səliqə və nizam-intizamını qorumaq
Komanda ilə koordinasiyalı şəkildə işləmək
Necə Müraciət Etmək Olar
"İndiqo" MMC poliqrafiya şirkəti
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8902
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə