Ana Səhifə
Vakansiyalar

Business Development & Sales Manager (Uzbekistan/Poland)

Business Development & Sales Manager (Uzbekistan/Poland)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 27 may 2026

Son Tarix: 26 iyun 2026

Təsvir

Biz hal-hazırda Özbəkistan və Polşa ölkələrində faktorinq (factoring) və maliyyə xidmətləri sahəsində fəaliyyət göstərən Business Development & Sales Manageraxtarışındayıq.

Namizəd şirkətin bazarda tanınması, müştəri portfelinin qurulması və satış proseslərinin idarə olunmasına cavabdeh olacaq. Əsas fokus faktorinq xidmətlərinin bizneslərə satışı və uzunmüddətli tərəfdaşlıqların qurulmasıdır.

Vəzifə öhdəlikləri:

  • Faktorinq xidmətlərinin B2B satışının həyata keçirilməsi

  • Bazar araşdırması və rəqib analizinin aparılması

  • Banklar, şirkətlər və biznes şəbəkələri ilə əlaqələrin qurulması

  • Yeni müştərilərin (şirkətlərin) aktiv şəkildə cəlb olunması

  • Potensial müştərilərlə görüşlərin təşkili və danışıqların aparılması

  • Müqavilə şərtlərinin izahı və bağlanma prosesinin idarə olunması

  • Marketinq və satış strategiyalarının hazırlanmasına töhfə

Tələblər

  • Sales / Business Development sahəsində təcrübə (xüsusilə B2B)

  • Güclü danışıqlar (negotiation) və inandırma bacarığı

  • Maliyyə xidmətləri, bankçılıq və ya faktorinq sahəsində təcrübə üstünlükdür

  • Marketinq və satış anlayışı

  • Aktiv ünsiyyət və networking bacarığı

  • Nəticəyönümlü düşüncə

  • Rus dili (mükəmməl), İngilis dili (mükəmməl), Türk dili (yaxşı)

Vakansiya növü - Tam ştat

Zəhmət olmasa vəzifə başlığı hissəsində hansı ölkə **(Uzbekistan və ya Poland)**üzrə müraciət etdiyinizi mütləq qeyd edəsiniz.

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

AGA Group

AGA Group

Other

AGA Group Azərbaycanda fəaliyyət göstərən və müxtəlif biznes istiqamətlərini birləşdirən şirkətlər qrupudur. Qrup əsasən tikinti, layihə idarəetməsi, ticarət və xidmət sahələrində fəaliyyət göstərərək yerli bazarda müxtəlif miqyaslı layihələrin icrasını həyata keçirir. AGA Group müasir idarəetmə yanaşması və operativ əməliyyat modeli ilə fərqlənir. Şirkət fəaliyyətində keyfiyyət, etibarlılıq və uzunmüddətli tərəfdaşlıq prinsiplərini əsas tutur. AGA Group bazarın tələblərinə uyğun innovativ həllər tətbiq etməyi, layihələrin vaxtında və standartlara uyğun icrasını təmin etməyi və davamlı inkişaf strategiyası ilə mövqeyini gücləndirməyi hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18494

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Personal Assistant (AI istiqamətli)

Tam Ştat

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC **Personal Assistant (AI istiqamətli)**vakansiyası elan edir. Namizəd rəhbərin gündəlik işlərini idarə etməklə yanaşı, texnologiya və süni intellekt alətlərindən istifadə edərək proseslərin avtomatlaşdırılmasına kömək edəcək. Xüsusilə AI agentlərin qurulması və istifadəsi sahəsində dəstək verəcək. Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır. Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır. Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər. Vəzifə öhdəlikləri: Rəhbərin gündəlik planlaması və təşkilati işlərin idarə olunması E-mail, görüş və kommunikasiya proseslərinin koordinasiyası Süni intellekt alətlərindən (ChatGPT, automation tools və s.) istifadə edərək işlərin optimallaşdırılması Sadə AI agentlərin qurulması və idarə olunması (workflow automation, task automation) Notion, Google Workspace, Trello və oxşar platformalarda sistemlərin qurulması Məlumatların toplanması, analiz edilməsi və hesabatların hazırlanması Rəqəmsal proseslərin avtomatlaşdırılması üçün ideya və həllərin təklif edilməsi