Briqada üzvü
Bakı
Tam Ştat
Orta Səviyyə
500 AZN-dən
Yerləşdirilib 15 aprel 2026
Son Tarix: 24 may 2026
Təsvir
“Pizza Mizza” MMC-ə Briqada üzvü tələb olunur. Pizza Mizza-nın yaranma hekayəsi yalnız bir vizyonun təzahürü deyil, həm də orijinallıq və yüksək keyfiyyət standartlarına sadiq bir mədəniyyəti yaratmaq arzusudur. Bu markanın kökündə, Azərbaycanda pizzaya olan baxışları dəyişdirərək hər kəs üçün yenilikçi və keyfiyyətli məhsullara əlçatanlığı artırmaq istəyi yatır. Bu, sadəcə bir iş təşəbbüsü deyil, həm də məhsul və xidmətlərimizlə həqiqi bir fərq yaratmaq istəyidir.
Kassa əməliyyatlarının yerinə yetirilməsi
Qonaqların qarşılanması və yola salınması
Mətbəxdə məhsulların hazırlanması
Məhsulların keyfiyyətinə nəzarət
İş stansiyasının təmizliyinə nəzarət
Xarici görünüş standartlarına əməl edilməsi
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Növbəli iş rejimi, həftədə 6 iş günü
Aylıq gəlir 500 Azn NET
Nahar şirkət tərəfindən təmin edilir
Mehriban iş kollektivi
Təlim keçmə və karyera artımı imkanları
Növbəli iş qrafiki:
09:00 – 18:00
12:00 – 21:00
17:00 – 02:00
Maraqlanan şəxslər****050-291-77-35 əlaqə nömrəsinə yazmaqla əlaqə saxlaya bilər və ya CV-lərini “Briqada üzvü” başlığı altında hr@pizzamizza.azelektron ünvanına göndərə bilərlər.
İş haqqında
18-35 yaş arasında
Gülərüz, intizamlı, məsuliyyətli, punktual, səliqəli və operativ olmalı
Öyrənmə bacarığı yaxşı olan
İş yerində səliqə və təmizliyə riayət olunması
Karyera qurmaq istəyi
Necə Müraciət Etmək Olar
Pizza Mizza
Other
Pizza Mizza restoranlar şəbəkəsinin əsası 2000-ci ildə Elmar Həsənzadənin Almaniyada qazandığı peşəkar kulinariya təcrübəsinə dayanır. Almaniyada “La Roma” restoranında aşpaz köməkçisindən baş aşpaz və sahibkarlığa qədər yüksələn Elmar Həsənzadə, burada əldə etdiyi bilik və ilhamla eyni konsepti Azərbaycanda yerli brend adı altında davam etdirmək qərarına gəlir. “Pizza Mizza” nazik xəmirdə, Alman keyfiyyəti və italyan kulinariya yanaşmasını birləşdirən, yüksək keyfiyyətli Avropa məhsulları ilə hazırlanan, unikal reseptlərə əsaslanan bir brend kimi formalaşır. İlk “Pizza Mizza” filialı 6 may 2014-cü ildə Yasamal rayonunda açılmış, daha sonra Nərimanov (2015) və Sahil (2016) filialları fəaliyyətə başlamışdır. Sahil filialı uğursuz lokasiya səbəbilə bağlansa da, 2016-cı ilin dekabrında Həzi Aslanov ərazisində yeni filial istifadəyə verilmişdir. 2018-ci ildə isə şirkət inkişafın yeni mərhələsinə keçərək rebrendinq və konseptin tam yenilənməsi barədə strateji qərar qəbul etmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14114
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200