Böyük hüquq məsləhətçisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 8 dekabr 2025

Son Tarix: 11 yanvar 2026

Təsvir

  • Şirkətin gündəlik fəaliyyətinə dair bütün hüquqi məsələlər üzrə yüksək keyfiyyətli hüquqi dəstək təmin etmək

  • Mülki və vergi qanunvericiliyinin maddi və prosessual normalarının tətbiqi ilə bağlı ətraflı hüquqi araşdırmalar aparmaq və təhlillər hazırlamaq

  • Mülki, vergi və kommersiya qanunvericiliyi üzrə kompleks və çoxşaxəli hüquqi rəylər hazırlamaq

  • Müxtəlif hüquqi sənədləri, o cümlədən kommersiya müqavilələri və sazişləri tərtib etmək, nəzərdən keçirmək və onlarla bağlı danışıqlarda iştirak etmək

  • Müxtəlif sahələr üzrə hüquqi risklərin qiymətləndirilməsini həyata keçirmək və praktiki hüquqi həllər təqdim etmək

  • Şirkətin fəaliyyətində mövcud qanunvericiliyin, sahəvi normativ tənzimləmələrin və daxili siyasətlərin tələblərinə riayət olunmasını izləmək və təmin etmək

  • Daxili prosedurların və siyasətlərin hazırlanmasında iştirak etmək

  • Müqavilə danışıqlarında və xarici tərəfdaşlar, habelə tənzimləyici orqanlarla münasibətlərdə şirkəti təmsil etmək;

  • Şirkətdə hüquqi maarifləndirmə tədbirləri aparmaq və təlimlər keçmək

Tələblər

  • Hüquq ixtisası üzrə nüfuzlu ali təhsil müəssisəsində bakalavr və/və ya magistr dərəcəsinə malik olmaq

  • Hüquq firmasında və/və ya beynəlxalq məsləhət (konsaltinq) şirkətində ən azı 5 il müddətində fasiləsiz və peşəkar iş təcrübəsinə malik olmaq (yalnız bu təcrübəyə malik olan namizədlər nəzərdən keçiriləcəkdir)

  • Azərbaycan Respublikasının mülki və vergi qanunvericiliyi üzrə dərin biliklər, hüquqi yoxlama (due diligence), komplayns və korporativ məsləhət sahəsində təcrübə

  • Mürəkkəb hüquqi normaları real biznes situasiyalarına tətbiq etmək bacarığı

  • Hüquqi sənədlərin hazırlanması, analitik təhlil və hüquqi araşdırma bacarıqları

  • Güclü danışıqlar aparmaq və problem həll etmək bacarığı; nəticəyönümlü yanaşma

  • Yüksək dəqiqlik, məsuliyyət və biznes etikası

  • Azərbaycan və İngilis dillərində (yazılı və şifahi) səlis bilik; digər xarici dil bilikləri üstünlük təşkil edir.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#2244

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya