Bölgə müdiri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 yanvar 2026
Son Tarix: 14 fevral 2026
Təsvir
Ali təhsil (biznes, marketinq, iqtisadiyyat və ya əlaqədar sahədə arzuolunandır)
Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi (satış və ya bölgə rəhbərliyi sahəsində)
FMCG (qida və qeyri-qida) sahəsində təcrübə üstünlükdür
Komandanın idarə olunması üzrə bacarıq və təcrübə
Analitik düşüncə və satış hədəfləri ilə işləmək bacarığı
Avtomobilin olması tələb olunur
MS Office proqramları ilə işləmək bacarığı
Yüksək ünsiyyət və təqdimat bacarığı
İşgüzar etika və müştəri yönümlü yanaşma
İş öhdəlikləri:
Özünə təhkim olunmuş bölgədə satış komandalarının fəaliyyətinə nəzarət etmək
Marketinq və satış kampaniyalarının bölgədə tətbiqi və nəticələrinin qiymətləndirilməsi
Bölgə müdirinin əsas vəzifəsi satış təmsilçilərinin əvvəlki günə aid rut üzrə hərəkət cədvəllərini onlardan qəbul etmək, təhlil etmək və nəticələrə əsaslanaraq müvafiq tapşırıqlar verməkdir. Hər gün bir neçə satış təmsilçisinin hərəkət cədvəllərində yer alan görülmüş işlərin düzgünlüyünü yoxlamalı, yoxlama nəticəsində aşkar olunan nöqsanlar və ya yanlış məlumatlar üzrə məsuliyyət tədbirləri,cərimələr həyata keçirməli, dəqiq və məsuliyyətlə çalışan satış təmsilçilərini mükafatlandırmalıdır. Günün sonunda görülən işlər barədə satış müdirlərinə məlumat verməlidir.
Satış hesabatlarını kontrol və analiz etmək. Həftəlik heç bir hərəkəti olmayan müştəriləri ziyarət etmək və yerində səbəblərin araşdırmaq, müştəri borcunu və inventarları yoxlanışını təmin etməlidir.
Satış təmsilçilərinin aylıq hədəflərini təyin edərək bu barədə məlumatlandırmanı həyata keçirmək və mütəmadi olaraq hədəflərin yerinə yetirilmə hərəkətini izləmək
Uygun namizədlər cv-lərini göstərilən mail adresinə bölgə müdiri başlığı ilə qeyd etsinlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Azəriş LTD
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4779
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə