Biznesin inkişafı üzrə menecer
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 yanvar 2026
Son Tarix: 5 fevral 2026
Təsvir
Müvafiq kateqoriya üzrə satıcı portfeli ilə uzunmüddətli və güclü əməkdaşlıq münasibətləri qurmaq və qorumaq, satıcılar üçün əsas əlaqə nöqtəsi kimi çıxış etmək.
Satıcı performansını təhlil edərək satışların artırılması, qiymət strategiyası və məhsul portfelinin yaxşılaşdırılması üzrə data əsaslı tövsiyələr vermək; zəif performans göstərən satıcıların aktivləşdirilməsi və yüksək nəticə göstərən hesabların miqyaslandırılması üçün GM ilə birlikdə strategiyalar hazırlamaq.
Mövcud satıcı müqavilələrini mütəmadi olaraq nəzərdən keçirmək və yenidən danışıqlar aparmaq; qiymət, promo iştirakları və uzunmüddətli əməkdaşlıq şərtlərinin optimallaşdırılmasını təmin etmək.
Satıcılarla birgə inkişaf imkanlarını və biznes planlarını formalaşdırmaq, promosyon kampaniyalarının planlanması və icrasında əməkdaşlıq etmək.
Hesabların performansını daim izləmək, müntəzəm hesabatlar təqdim etmək və analitik yanaşma ilə strategiyaları optimallaşdıraraq nəticələri artırmaq.
Tələblər
Biznes, Marketinq və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
Hesabların idarə edilməsi, biznesin inkişafı və ya satış sahəsində 4–6 il iş təcrübəsi.
Danışıqların aparılması və müqavilələrin idarə edilməsi üzrə təcrübə.
Güclü analitik düşünmə və hesabatlılıq bacarıqları.
Yüksək səviyyədə maraqlı tərəflərlə (stakeholder) münasibətlərin idarə edilməsi bacarığı.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Birmarket.az
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4188
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə