Ana Səhifə
Vakansiyalar

Biznesin İnkişafı şöbəsinin rəhbəri

Biznesin İnkişafı şöbəsinin rəhbəri

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 3 may 2026

Təsvir

  • Bazar analizlərinin (mal növləri-qiymətlər-trendlər-dəyişimlər) mütəmadi aparılması

  • Biznes proseslərin idarəedilməsi ilə əlaqəli optimallaşdırma  və layihələrin aparılmasını, prosesin iş axınlarının düzgün tərtib edilməsini təmin etmək.

  • Şirkətin geyim və digər retail istiqamətləri üzrə uzunmüddətli inkişaf strategiyasının hazırlanması

  • Yeni mağazaların açılması üçün lokasiya seçimi, bazar araşdırması və kommersiya potensialının qiymətləndirilməsini həyata keçirmək

  • Yerli və beynəlxalq brendlərlə, təchizatçılarla və strateji tərəfdaşlarla danışıqlar aparmaq və əməkdaşlıqlar qurmaq

  • Mövcud mağazaların fəaliyyətini təhlil edərək satışların artırılması və əməliyyat effektivliyinin yüksəldilməsi üçün inkişaf planları hazırlamaq

  • Şirkətin müxtəlif sektorlar üzrə (geyim, qida, aksesuar və digər retail kateqoriyalar) portfelini inkişaf etdirmək və diversifikasiya strategiyalarını tətbiq etmək

  • Satış, marketinq, merchandising və əməliyyat komandaları ilə koordinasiyalı şəkildə işləyərək ümumi kommersiya nəticələrinin yaxşılaşdırılmasını təmin etmək

  • Biznes inkişafı komandası qurmaq, idarə etmək və əməkdaşların peşəkar inkişafını təmin etmək

  • Satışın, gəlirin və ümumi nəticələrin artmasına fokuslanmaq

  • KPI-lara çatmaq üçün konkret addımlar planlayıb icra etmək

  • Büdcəni planlamaq və düzgün idarə etmək

  • Yeni layihələrin nə qədər effektiv olduğunu (xeyir gətirəcəyini) qiymətləndirmək

  • Online satışları inkişaf etdirmək və mağazalarla əlaqəli işləməsini təmin etmək

  • Strategiyaların real həyata keçməsinə nəzarət etmək

  • Qərarların tez və effektiv icra olunmasını təmin etmək

  • Yeni partnyorlar tapmaq və əlaqələri inkişaf etdirmək

  • Franchise və digər genişlənmə imkanlarını araşdırmaq

  • Yeni ideyalar irəli sürmək və onları praktikada yoxlamaq

  • Şirkətin uzunmüddətli inkişafına töhfə verən qərarlarda aktiv iştirak etmək

  • Yeni retail formatlarının (multi-brand, mono-brand, franchise, concept store və s.) tətbiq imkanlarını araşdırmaq və həyata keçirmək

  • Bazar trendlərini, müştəri davranışlarını və rəqibləri mütəmadi olaraq təhlil edərək strateji qərarların qəbulunu təmin etmək

Tələblər

  • Biznes idarəetməsi, iqtisadiyyat, marketinq və ya əlaqəli sahə üzrə ali təhsil

  • MBA və ya əlavə biznes/menecment sertifikatları üstünlükdür

  • Biznes inkişafı, kommersiya və ya satış sahəsində minimum 7-10 il, rəhbər vəzifədə 3 il iş təcrübəsi

  • Retail sektorunda, xüsusilə geyim (fashion retail) sahəsində təcrübə mütləqdir

  • Azərbaycan dili – sərbəst, İngilis dili – yaxşı səviyyədə (rus dili əlavə üstünlükdür)

  • MS Office proqramları (xüsusilə Excel və PowerPoint) – yüksək səviyyədə

  • Strateji planlaşdırma və biznes inkişafı proseslərini dərindən bilmə

  • Retail bazarı, müştəri davranışı və satış dinamikası üzrə güclü anlayış

  • Bazar araşdırması və rəqib analizlərinin aparılması bacarığı

  • Nəticəyönümlülük və məsuliyyətlilik

  • Dəyişiklikləri idarə etmə və adaptasiya qabiliyyəti

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12666

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya