Biznesə nəzarət üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 16 aprel 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Müəssisənin maliyyə hesabatlarının düzgünlüyünü və standartlara uyğunluğunu yoxlamaq
Büdcə və faktiki xərclərin icrasını izləmək, analiz etmək və hesabat vermək
Mağazalar üzrə P&L (Profit and Loss) hesabatlarını hazırlamaq və aylıq təhlilini aparmaq
Kənar Audit şirkətinin yoxlamasını koordinasiya etmək və audit tərəfindən daxil olan bütün sorğuları cavablandırmaq
Ay sonu bağlanışı prosesini izləmək və sonlandırmaq
Məhsul və kateqoriyalar üzrə marja göstəricilərinə nəzarət etmək və monitorinq aparmaq
Marjanın və rentabelliyin artırılması üçün analitik təkliflər hazırlamaq
Mağazalar üzrə uçot proseslərinə nəzarət etmək və uyğunsuzluqları müəyyən etmək
Maliyyə məlumatlarının düzgünlüyünü təmin etmək üçün daxili kontrol proseslərini həyata keçirmək
Maliyyə məlumatlarını müntəzəm analiz etmək
Rəhbərlik üçün maliyyə və analitik hesabatlar hazırlamaq
Tələblər
Ali təhsil (Maliyyə, mühasibatlılıq).
Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi.
Yaxşı səviyyədə MS Excel biliyi olmalı (Pivot Table, VLOOKUP, İndex-Match, maliyyə funksiyalar)
Analitik düşüncə, Komandada işləmək bacarığı.
ACCA sertifikatı və ya biliklərinin olması üstünlük təşkil edir.
Digər məlumatlar:
Nahar və servis ilə təmin edilmə
Əmək bazarına uyğun rəqabətli əmək haqqı
5 günlük tam iş qrafiki
Korporativ mobil nömrə
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Biznesə nəzarət üzrə mütəxəssis" yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Veysəloğlu-Rossmann
Vakansiya Təfərrüatları
Vakansiya ID
#11450
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə