Biznes və Maliyyə Analitiki
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 dekabr 2025
Son Tarix: 24 yanvar 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Şirkətin illik və layihə əsaslı büdcələrinin hazırlanmasında iştirak etmək, struktur rəhbərləri ilə koordinasiyada büdcə proqnozlarını toplamaq və sistemə daxil etmək.
Faktiki maliyyə göstəricilərini büdcə ilə müqayisə edərək aylıq və rüblük analizlər aparmaq, sapmaların səbəblərini təhlil edərək rəhbərliyə izahlı hesabatlar təqdim etmək.
Layihə smetalarının tərtibində iştirak edərək həcmləri və xərcləri oxşar layihələrlə müqayisə etmək, uyğunsuzluqları araşdırmaq və əsaslandırılmış suallarla büdcənin real əsaslara söykənməsini təmin etmək.
Büdcə və smeta sənədlərinin tərtibi zamanı təqdim olunan məlumatlara əsaslanaraq smetaların reala uyğunluğunu qiymətləndirmək və irad bildirmək.
İnşaat prosesi başlandıqdan sonra layihə üzrə təsdiq edilmiş büdcə və smeta ilə faktiki xərclərin dövri müqayisəsini aparmaq və səmərəliliyi təhlil etmək.
CAPEX və OPEX üzrə planlaşdırılan və faktiki xərclərə nəzarət etmək, qənaət imkanlarını müəyyənləşdirmək.
Beynəlxalq maliyyə hesabat standartlarına (IFRS) və yerli qanunvericiliyə uyğun olaraq uçotun düzgün qurulmasını təmin etmək, müxabirləşmələrin və qeydiyyatların doğruluğunu yoxlamaq.
Mühasibat uçotu prosesində birbaşa iştirak etmək, uçot sistemində qeydiyyatların hesablar planına uyğunluğunu və analitik strukturların düzgün qurulmasını təmin etmək.
ERP və BI alətlərindən istifadə etməklə (Power BI və s.) rəhbərlik üçün vizual hesabatlar və interaktiv dashboard-lar hazırlamaq.
Audit və daxili nəzarət proseslərində iştirak etmək, tələb olunan məlumat və hesabatların vaxtında və dəqiq şəkildə təqdim olunmasını təmin etmək.
Tələblər
Ali təhsil – Maliyyə, İqtisadiyyat, Biznesin İdarə Olunması, Mühasibatlıq və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi
Magistr dərəcəsi üstünlükdür, beynəlxalq peşəkar maliyyə təhsili (məs. ACCA üzrə minimum F3-F7 mərhələlər) üstünlükdür
2–3 il maliyyə təhlili, büdcə planlaması, biznes analitikası və ya maliyyə uçotu sahəsində təcrübə
Layihə əsaslı mühit və ya orta/böyük müəssisədə təcrübə üstünlükdür
Excel-də qabaqcıl səviyyə: VLOOKUP, SUMIFS, Pivot Table, Dashboard
PowerPoint ilə analitik təqdimat hazırlamaq bacarığı
Power BI və ya Google Data Studio (arzuolunandır, lakin şərt deyil)
SAP, Logo sistemlərində əsas anlayışlar
Büdcə planlaması və xərclərin təhlilini aparmaq
Gəlir və xərclər üzrə səmərəlilik (ROI, rentabellik) hesabatları hazırlamaq, layihə bazlı uçot qurmaq
Müxtəlif struktur bölmələrlə məlumat toplamaq və təqdimatlar hazırlamaq
İdarəçilər üçün izahlı və qərar dəstəkləyici sənədlər hazırlamaq
Mühasibat uçotunun düzgünlüyünə nəzarət etmək – beynəlxalq maliyyə standartlarına uyğunluq
Müxabirləşmələrin düzgün aparılmasını və hesablar planına uyğun qeydiyyatın təmin olunmasını izləmək
Maliyyə hesabatlarının ilkin təhlili və uçotla plan arasındakı fərqlərin təhlili
Azərbaycan dili – səlis
İngilis dili – hesabatları oxuma və başa düşmə səviyyəsində
Rus dili – üstünlükdür, lakin tələb olunmur
Analitik düşüncə və detallara diqqət
Məsuliyyətli və nəticə yönümlü yanaşma
Komanda ilə işləmə və kommunikasiya bacarığı
Paralel və çoxtapşırıqlı iş mühitində çevik fəaliyyət
İş şərtləri:
İş məkanı: Azure Plaza
Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
İş rejimi: 5 gün (həftə içi)
Nahar: Təmin edilir
Rəqabətli əmək haqqı və mükafat sistemi.
Peşəkar inkişaf imkanları və təlim proqramları.
Müasir iş mühiti və layihələrdə iştirak.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Biznes və Maliyyə Analitiki” yazmaqla, öz CV-lərini **career@veyseloglu.az**və job.veyseloglu.az ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Veysəloğlu Şirkətlər Qrupu
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3827
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə