Ana Səhifə
Vakansiyalar

Biznes proseslərin idarə edilməsi üzrə baş mütəxəssis

Biznes proseslərin idarə edilməsi üzrə baş mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 5 iyun 2026

Təsvir

Vəzifənin məqsədi: Şirkətin fəaliyyət effektivliyini artırmaq məqsədilə mövcud biznes proseslərin auditini həyata keçirəcək, optimallaşdırma imkanlarını müəyyən edəcək və yeni effektiv iş axınlarını (workflow) dizayn edərək tətbiqinə nəzarət edəcək.

Vəzifə öhtəlikləri:

Proseslərin xəritələndirilməsi:

Şirkətdaxili bütün biznes proseslərin "As-Is" (mövcud vəziyyət) analizinin aparılması və "To-Be" (hədəflənən) modellərinin hazırlanması;

Optimallaşdırma:

Məhsuldarlığı artırmaq və itkiləri azaltmaq üçün proseslərin reinjinirinqi (BPR) və təkmilləşdirilməsi;

Reqlamentasiya:

Proseslərə dair daxili prosedurların, təlimatların və siyasətlərin layihələrinin hazırlanması;

KPI İdarəetməsi:

Biznes proseslərin effektivliyini ölçmək üçün əsas fəaliyyət (performans) göstəricilərinin (KPI) müəyyən edilməsi və monitorinqi;

Sənədləşdirmə:

İş axını diaqramlarının (Flowcharts) beynəlxalq standartlara (məsələn, BPMN 2.0) uyğun hazırlanması;

Koordinasiya:

Struktur bölmələr arası inteqrasiya proseslərinin idarə edilməsi və funksional kəsişmələrdə yaranan boşluqların aradan qaldırılması.

Tələblər

Kvalifikasiya tələbləri:

Təhsil:

İqtisadiyyat, Menecment, Sənaye mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;

Magistr dərəcəsi (üstünlükdür).

İş təcrübəsi:

Biznes proseslərinin idarə edilməsi və ya ona bənzər sahədə ən az 3 il təcrübə

Sertifikatlar:

Qeyd edilən sahə üzrə sertifikat üstünlükdür;

Funksional səriştə tələbləri:

Biznes proseslərin planlaşdırılması

Biznes proseslərin icrası

Biznes proseslərin monitorinqi və nəzarəti

Biznes proseslərin təkmilləşdirilməsi

Proseslərin optimallaşdırılması və proseslər arasında qarşılıqlı əlaqənin təmin edilməsi bacarıqları.

ISO 9001,19011,17025 standartları üzrə biliklər (orta səviyyədə).

Orta dərəcəli texniki biliklər (Metal sahəsində olması üstünlükdür)

Azərbaycan dilində sərbəst yazı və danışıq bacarığı;

İngilis dillərində yaxşı səviyyədə yazı və danışıq bacarığı;

Ms Word, Ms Excel, Ms PowerPoint və Ms Outlook proqramında yaxşı səviyyədə işələmə bacarığı

Layihə idarəetmə proqramında (MS Project) işləmək bacarığı üstünlükdür

Ms Visio proqramında işləmə bacarığı

Davranış səriştə tələbləri:

Planlaşdırma

Təşkiletmə

Rəhbərlik/Aparıcılıq

Nəzarət etmə

Dəyişikliklərin idarə edilməsi

İşçilərin inkişafı

Empatiya

Ünsiyyət

Təmsiletmə

Təqdimat bacarıqları

Komanda işi

Danışıqların aparılması

Problem həlletmə

Analiz etmə

Detallara diqqət

Nəticəyönümlülük

Hesabatlılıq

Yaradıcılıq (yenilikçilik)

Stresin idarə edilməsi

Necə Müraciət Etmək Olar

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16760

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

SƏTƏM üzrə Baş mütəxəssis

Tam Ştat

Holdinqin aparatında və strukturuna daxil olan müəssisələrdə SƏTƏM siyasətinin formalaşdırılması, tətbiqi və strateji səviyyədə koordinasiyasına funksiya rəhbərinə dəstək göstərmək; Tabeli müəssisələrdə əmək təhlükəsizliyi, sağlamlıq və ətraf mühitin qorunması üzrə normativ sənədlərin hazırlanmasına rəhbərlik etmək və onların icrasına nəzarət etməkdə iştirak; Holdinq tabeliyində olan müəssisələrdə iş yerlərinin atestasiyası prosesinin təminində iştirak etmək İstehsalat müəssisələrində əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ekoloji tələblərə uyğunluğun monitorinqini həyata keçirmək, uyğunluğun təmin olunması üçün tədbirlər planlaşdırmaq və rəhbərliyə dövrü hesabatlar təqdim etmək; Qəza, insident və peşə xəstəlikləri ilə bağlı baş verə biləcək halların araşdırılmasını təşkil etmək, əsas səbəbləri təhlil etmək və gələcəkdə bu risklərin minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlərin işlənib hazırlanmasını təmin etmək; Müəssisələr üzrə əməyin mühafizəsi və risklərin idarə olunması sahəsində risk dəyərləndirmələrinin təşkili, nəticələrin sənədləşdirilməsi və izləmə sisteminin qurulmasına nəzarət etmək; Holdinq üzrə vahid standartlara əsaslanan daxili SƏTƏM təlimatlarının, siyasət sənədlərinin və prosedurlarının hazırlanmasına rəhbərlik etmək və onların vahid şəkildə icrasına nəzarət etmək; Tabeli müəssisələrdə fəaliyyət göstərən SƏTƏM mütəxəssislərinin işinə funksional rəhbərlik etmək, koordinasiya və performans monitorinqini həyata keçirmək, ehtiyac olduqda sahəvi dəstək göstərmək; SƏTƏM sahəsində çalışan əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə təlim planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək; SƏTƏM üzrə llik fəaliyyət planlarının, strateji inkişaf proqramlarının və  hesabatların hazırlanmasına rəhbərlik etmək, rəhbərliyə müntəzəm olaraq analitik hesabatlar təqdim etmək. Sahə üzrə beynəlxalq təcrübələrin öyrənilməsi və SƏTƏM idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı funksional rəhbərə təkliflərin verilməsi