Ana Səhifə
Vakansiyalar
Maliyyə və Audit
Bank xidmətləri

Biznes Bankçılıq Departamenti / SME kreditləri üzrə şöbə müdiri

Biznes Bankçılıq Departamenti / SME kreditləri üzrə şöbə müdiri

Bakı,, Azərbaycan

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 23 may 2026

Təsvir

  • SME seqmenti üzrə satış strategiyasının hazırlanması və icrası;

  • SME müştəri bazasının genişləndirilməsi, mövcud müştərilərlə əlaqələrin dərinləşdirilməsi vasitəsilə çarpaz satış imkanlarının artırılması (cross-selling) və portfelin keyfiyyətinə (NPL dərəcəsinə) nəzarət;

  • Şöbənin strukturunun formalaşdırılması, komandanın inkişafı və davamlı performansın təmin edilməsi;

  • Kredit qərarvermə prosesində iştirak və risklərin effektiv idarə olunması;

  • Daxili struktur bölmələri ilə koordinasiyanın təmin edilməsi;

  • Bazar tendensiyalarının təhlili və yeni məhsul/təkliflərin formalaşdırılmasında iştirak;

  • KPI-ların müəyyən edilməsi və komandanın performansının qiymətləndirilməsi;

  • Tənzimləyici tələblərə və daxili siyasət və prosedurlara riayət olunmasının təmin edilməsi.

Tələblər

  • Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;

  • Bank sektorunda minimum 5-7 il iş təcrübəsi, o cümlədən ən az 2 il rəhbər vəzifədə təcrübə;

  • Bank sektorunda SME sahəsi üzrə güclü təcrübə və sübut olunmuş idarəetmə nəticələri;

  • SME kreditləri, maliyyə təhlili və satış üzrə güclü biliklər;

  • Strateji düşüncə ilə yanaşı operativ idarəetmədə çeviklik;

  • Analitik düşüncə və effektiv qərarvermə qabiliyyəti;

  • Müştəri yönümlülük və güclü kommunikasiya bacarıqları.

Necə Müraciət Etmək Olar

Expressbank ASC

Expressbank ASC

Finance

Expressbank ASC Azərbaycanda fəaliyyət göstərən kommersiya bankıdır və fərdi, eləcə də biznes müştərilərinə müxtəlif maliyyə xidmətləri təqdim edir. Bank kreditlər, depozit məhsulları, ödəniş kartları, pul köçürmələri və digər bank xidmətləri ilə müştərilərin gündəlik maliyyə ehtiyaclarını qarşılamağa yönəlib. Expressbank ölkə üzrə filial və xidmət şəbəkəsi vasitəsilə fəaliyyətini geniş auditoriyaya təqdim edir. Bank fəaliyyətində sürətli xidmət, müştəri rahatlığı və rəqəmsal inkişaf prinsiplərini əsas tutur. Expressbank mobil və internet bankçılıq həlləri vasitəsilə istifadəçilərə onlayn əməliyyatlar aparmaq, ödənişlər etmək və hesablarını idarə etmək imkanı yaradır. Bank həmçinin kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi və müasir bankçılıq texnologiyalarının tətbiqi istiqamətində fəaliyyətini davam etdirir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16904

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Pərakəndə bankçılıq departamenti/ Pərakəndə məhsulların yaradılması və inkişafı şöbəsi/mütəxəssis/aparıcı mütəxəssis

Tam Ştat

Satış və müraciət sayının artırılması məqsədi ilə məhsullar üzrə müxtəlif aksiya və kampaniyaların keçirilməsi üzrə təkliflərin verilməsi; Mövcud proseslərin və əməliyyatların monitorinqi. Boşluqlar aşkarlandıqda aidiyatı strukturlara məlumat vermək və texniki sifariş yazılması; Mövcud günlük/aylıq/illik hesabatların izlənilməsi və tələbə uyğun olaraq yeni hesabatların hazırlanması; Müştəri davranışlarının izlənilməsi, təhlil edilməsi və bunun əsasında yeni təkliflərin hazırlanması; Pərakəndə bank məhsulları üzrə bazar araşdırmalarının aparılması, bazarda yeniliklərin daim nəzarətdə saxlanılması və bazara uyğun yeni təkliflərin hazırlanması; Hazırlanan təkiflər üzrə statistik təhlillərin aparılması (proqnozlaşdırılan satış həcmi, orta çəkili satış faizi və s.); Şərtləri əhatələndirən daxili sənədlərin hazırlanması və razılaşdırılması; Məhsullar üzrə şərtlərin daxili qaydalara və qanunvericiliyə uyğunlaşdırılması; Aparılan satışın proqnozlaşdırılan statistik təhlillərə (proqnozlaşdırılan satış həcmi, orta çəkili satış faizi və s.) uyğunluğunun gündəlik əsasda izlənilməsi; Pərakəndə bank məhsulları üzrə reklam vasitələrinin seçilməsində və reklamların hazırlanmasında iştirak; Müştərilər üzrə loyallığın qorunması üzrə işlərin həyata keçirilməsi, təkrar müştərilər üçün müxtəlif güzəştli şərtlərin hazırlanması; Daxili və xarici bazarda rəqəmsal məhsulların (kredit/qeyri-kredit) izlənilməsi və rəqəmsal məhsullar üzrə yeni təkliflər vermək.