Biznes Analitik
Bakı,, Mərkəz, filialı,
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 12 iyun 2026
Təsvir
Bu rolun əsas məqsədi, həm biznesin ehtiyaclarını anlamaq, həm də data analitikası vasitəsilə müvafiq həllər və strateji tövsiyələr təqdim etməkdir. Biznes Analitik, bankın qərar qəbuletmə proseslərini təkmilləşdirmək və işin effektivliyini artırmaq üçün məlumatları təhlil edəcək və biznes yönümlü strateji qərarlar alacaqdır.
' ' +
Ali təhsil
Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə ingilis və rus dili
Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi
Analitik düşünmə qabiliyyət və iri həcmli məlumatlar ilə işləmə bacarığı
Məsuliyyətlilik, operativlik və dəqiqlik
Komanda ilə işləmək bacarığı
Yüksək səviyyədə Microsoft Excel üzrə biliklər
İri həcmli məlumat bazası və SQL sorğu dili ilə işləmək bacarığı
Vizuallaşdırma alətlərindən ən azı biri ilə işləmə bacarığı
Data analitika alətlərindən (Python, R, və s.) ən azı biri ilə işləmə bacarığı
' ' +
Peşəkar inkişaf və yüksəliş imkanları
Rəqabətədavamlı əməkhaqqı və bonuslar
Əhatəli sığorta paketi
Dəstəkləyici və pozitiv iş mühiti
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər və tədbirlər
Əlavə məzuniyyət günləri
Endirimli təhsil və əməkdaşlar üçün kredit imkanları
Port Baku Tower 2-də yeni və rahat studiya ofisi
Agile prinsiplərinə əsaslanan güclü komanda işi, müntəzəm komanda quruculuğu tədbirləri və tematik görüşlər
Xarici həmkarlarla təcrübə paylaşımının olduğu multikultural mühit
' ' +
Data əsaslı fəaliyyət strategiyası və qərar qəbuletmə ilə bağlı təkliflər vermək;
Data Analitikası sahəsində yeniliklərin izlənilməsini və innovasiyanın tətbiq olunmasını təşkil etmək;
Müxtəlif sorğu və rəylərin hazırlanmasında iştirak etmək;
Toplanmış məlumatların ümumi və keyfiyyət analizini təşkil edir, aparılmış analizlər əsasında hesabat və təkliflərin hazırlanmasını təşkil etmək;
Dövri statistik icmalın hazırlanması, statistika üçün məlumatların toplanması və ümumiləşdirilməsində iştirak etmək;
BI (Business Intelligence) texnologiyalarının tətbiq olunmasını, müvafiq sistemlərin qurulmasını təşkil etmək və idarə edilməsində iştirak etmək;
Mövcud hesabatların və BI həllərin işləkliyinə nəzarət etmək. Əgər uyğunsuzluq olarsa, operativ olaraq müdaxilə edərək, problemin həllini təmin etmək;
Deskriptiv, Diaqnostik hesabatların və təhlillərin hazırlanmasını, qərar qəbuletməyə təsir edəcək hesabat və rəylərin formalaşdırılması;
Fəaliyyət istiqaməti üzrə şöbəyə daxil olan müraciətləri araşdırırmaq və cavablandırılmasını təmin etmək;
Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Necə Müraciət Etmək Olar
Kapital Bank
Finance
Kapital Bank Azərbaycanın ən böyük və ən qədim kommersiya banklarından biridir. Bankın tarixi 1874-cü ildə yaradılmış ilk əmanət kassalarına dayanır və hazırda ölkənin ən geniş filial şəbəkəsinə malik maliyyə institutlarından biri kimi fəaliyyət göstərir. Kapital Bank həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, kart, köçürmə və biznes maliyyələşməsi kimi geniş bank xidmətləri təqdim edir. Bank xüsusilə rəqəmsal bankçılıq sahəsində innovativ həlləri ilə seçilir. “Birbank” mobil tətbiqi vasitəsilə istifadəçilərə onlayn ödənişlər, kredit sifarişi, kart əməliyyatları və digər maliyyə xidmətlərini rahat şəkildə həyata keçirmək imkanı yaradır. Kapital Bank müştəriyönümlü yanaşması, texnoloji inkişaf strategiyası və geniş xidmət infrastrukturu ilə Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17027
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+