Birləşmiş emalatxanalara tornaçı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 29 dekabr 2025
Son Tarix: 10 yanvar 2026
Təsvir
Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Birləşmiş emalatxanalara tornaçı axtarırıq!
Namizəd metal emalı üzrə torna işlərini texnoloji prosesə və normativ tələblərə uyğun şəkildə yerinə yetirməli, dəzgahın düzgün sazlanmasını və təhlükəsiz istismarını təmin etməli, detalların ölçü-dəqiqliyinə nəzarət etməklə yanaşı, gündəlik əmək fəaliyyətini təsdiq olunmuş vəzifə təlimatına uyğun və yüksək məsuliyyətlə icra etməlidir.
Sizi hansı öhdəliklər gözləyir?
Tornalama işlərini (detalların emalı, yonma, kəsmə, yiv açma və s.) texnoloji xəritə və çertyoj tələblərinə uyğun, dəqiq və keyfiyyətlə yerinə yetirmək;
Torna dəzgahını işə hazırlamaq (sazlama, alətlərin düzgün seçilməsi və bərkidilməsi), işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
Emal olunan detalların ölçü və keyfiyyət göstəricilərinə nəzarət etmək, ölçmə alətləri ilə (şubler, mikrometr və s.) yoxlama aparmaq;
İstehsalat təhlükəsizliyi qaydalarına riayət etmək, dəzgahın təhlükəsiz istismarını təmin etmək və yarana biləcək nasazlıq/insidentlərə operativ reaksiya vermək;
İş prosesində aşkar olunan texniki uyğunsuzluqlar, avadanlıq nasazlıqları və material çatışmazlıqları barədə vaxtında aidiyyəti üzrə məlumat vermək;
Təsdiq olunmuş vəzifə təlimatına, daxili nizam-intizam qaydalarına və normativ tələblərə uyğun olaraq gündəlik iş fəaliyyətini icra etmək.
Namizədlərdən tələblərimiz
25–45 yaş aralığında olmalı
Müvafiq sahə üzrə peşə təhsili və ya tornaçı ixtisası üzrə hazırlıq/sertifikat olmalı;
Tornaçı peşəsi üzrə ən azı 3 il iş stajı olmalı;
Torna dəzgahlarında işləmə təcrübəsi olmalı, çertyoj oxumağı və ölçü alətləri (şubler, mikrometr və s.) ilə işləməyi bacarmalı;
Texnoloji ardıcıllığa, istehsalat intizamına və əməyin mühafizəsi/təhlükəsizlik qaydalarına ciddi riayət etməli;
Gərgin iş şəraitində diqqətli və məsuliyyətli işləmək, operativ qərar vermək və komandada işləmək bacarığı olmalı.
Metropoliten Sizə nə təklif edir?
Sabit və etibarlı iş mühiti;
Peşəkar komandada inkişaf və karyera imkanları;
Metropolitendən ödənişsiz istifadə imkanı;
Güzəştli nahar təminatı;
Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
Psixoloji dəstək xidməti.
Müraciət Üçün
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə (https://hr.metro.gov.az/vacancy/5424) müraciətinizi tamamlaya bilərsiniz.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Bakı Metropoliteni
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3845
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə